xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Özbəkistanda dəbdəbəli toylara qadağa: Müğənnilər “nalə çəkir”

4-10-2019, 11:26 45 dəfə baxılıb

Özbəkistanda dəbdəbəli toylara qadağa: Müğənnilər “nalə çəkir”

Özbəkistanda müğənnilər ölkə rəhbərliyi tərəfindən dəbdəbəli toylara qoyulan qadağalardan narazıdırlar. Artıq bir neçə tanınmış müğənni bununla bağlı etirazını sosial şəbəkələrdə bildirib.
Bu barədə “Sputnik”in Özbəkistan xidməti məlumat yayıb.

Sentyabr ayında ölkə parlamentinin qəbul etdiyi qaydalara görə, toy məclisində iştirak edən qonaqların, çıxış edəcək musiqiçilərin, o cümlədən, toy kortejinə daxil olan nəqliyyat vasitələrinin sayına məhdudiyyətlər qoyulub. Adətən, digər Orta Asiya ölkələrində olduğu kimi, Özbəkistanda da toylar bir neçə yüz qonağın dəvəti ilə keçirilir və bir neçə musiqi qrupu toy şənliklərində çıxış edirdi. Bu isə toy sahibinin ailə büdcəsinə ciddi problem yaratmaqla yanaşı, ailənin borca düşməsinə səbəb olurdu. Yeni qadağa isə kasıb özbək ailələrinin çiyninə ağır yük kimi düşən bayram və toy mərasimlərindəki dəbdəbəni azaltmaq məqsədilə tətbiq edilir.

Yeni qaydalara etiraz edən müğənni Munisa Rizaeva “Instagram” səhifəsində paylaşdığı videoda toylarda qazancı sayəsində xeyli musiqiçi və digər işçilərin ailələrini necə təmin etdiyini izah edir. Dediyinə görə, toy məclisində dörd mahnı ifa etdiyi üçün 800 dollar qonorar alır. Bu məbləğdən o, komandasının üzvlərinə – altı musiqiçi, iki administrator, iki sürücü və iki cangüdənə 450 dollar ödəyir.

Müğənninin dediyinə görə, bu şəxslər həmin pulla ailələrini dolandırırlar və ümumilikdə 36 nəfər dolanır. Bundan əlavə, mahnı yazan, televiziya və radioda çıxışları təşkil edən və digər işlər görən şəxslərə – təxminən 41 nəfərə də müğənnin qazancından çatır.

“Qazancımdan hər ay təxminən 150 insan faydalanır”, – M. Rizayeva 3 milyondan çox izləyicisi olan “Instagram” səhifəsində yazır.

“Instagam”da 1 milyondan çox izləyicisi olan müğənni Ozoda Nursaidova da məşhur müğənnilərin çıxışlarından onlarla insanın necə qazandığını ətraflı təsvir edir. Nursaidova deyir ki, bir toyda beş mahnının ifası üçün min dollar alır. Onun komandası ümumilikdə 30 ailə üzvü olan yeddi musiqiçidən, iki sürücüdən və bir administratordan ibarətdir.

Nursaidovanın sözlərinə görə, o, işçilərinə 400 dollar verir, qalan 600 dollar 18 nəfər – musiqi yazılması, klip çəkilməsində əməyi keçən şəxslərə ödənir.

Yeni qaydalara qarşı çıxış edən digər məşhur ifaçılar arasında Rayhon, Uluqbek Rəhmətullayev, Mavlyuda Asalxocayeva, Rəşid Xoliqov, Şahzoda, Cahongir Otajonov, Fərrux Zakirov və Yulduz Usmanova da var.

Qeyd edək ki, Özbəkistandan əvvəl qonşu Tacikistanda 2017-ci ildə möhtəşəm toylar və digər dəbdəbəli məclislər qadağan edilib və qaydaları pozanlara qarşı cərimələr tətbiq olunur. (Virtualaz.org)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi