xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Türkiyə hərbi əməliyyatlara başlayıb

18-04-2022, 15:30 37 dəfə baxılıb

Türkiyə hərbi əməliyyatlara başlayıb


Türkiyə Müdafiə Nazirliyi İraqın şimalında PKK terrorçularına qarşı yeni hərbi əməliyyata başlayıb.

"Anadolu" xəbər verir ki, əməliyyatda xüsusi təyinatlılar və hərbi hava qüvvələri iştirak edir.

"Associated Press" Türkiyənin müdafiə naziri Hulusi Akarın sözlərinə istinad edərək bildirir ki, təyyarələr PKK-nın sığınacaqlarına, bunkerlərinə, tunellərinə, mağaralarına və anbarlarına dəqiq zərbələr endirib.

"Əməliyyat planlaşdırıldığı kimi uğurla davam edir. İlk mərhələdə qarşıya qoyulan məqsədlərə nail olundu... Biz millətimizi 40 ildir ölkəmizi bürüyən terror bəlasından xilas etmək əzmindəyik. Mübarizəmiz sonadək davam edəcək”, - nazir Hülusi Akar deyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2015-ci ilin iyul ayından bu yana ölkə daxilində 6 min, xaricdə isə 6,9 min PKK üzvünün məhv edildiyini, Türkiyə təhlükəsizlik qüvvələrinin itkilərinin 1,2 min nəfərdən çox olduğunu bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi