xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Boris Consonla bağlı qalmaqala görə dörd köməkçisi ard-arda istefa verdi

5-02-2022, 09:30 51 dəfə baxılıb

Boris Consonla bağlı qalmaqala görə dörd köməkçisi ard-arda istefa verdi


Böyük Britaniyanın Baş naziri Boris Consonun ən yaxın köməkçilərindən dördü siyasətçinin qalmaqalı ilə bağlı artan təzyiqlər fonunda bir-birindən bir neçə saat sonra istefa verib.
Oxu.az xəbər verir ki, Conson təkcə onunla 14 il işləmiş müşavir Munira Mizranın deyil, həm də Dauninq-sritin kommunikasiyalar üzrə direktoru Cek Doylun, eləcə də baş nazir aparatının rəhbəri Den Rozenfildin və şəxsi katibi Martin Reynoldsun da dəstəyini itirib.

Daha əvvəl məlum olub ki, Consonun müşaviri Mizra baş nazirin deputat Key Starmerə qarşı ittihamlarına görə üzr istəməkdən imtina etdiyi üçün istefa vermək qərarına gəlib.

Qalmaqal bazar ertəsi, yanvarın 31-də parlamentdə Dauninq-stritdəki ziyafətlə əlaqədar araşdırma ilə bağlı keçirilən iclasdan sonra baş verib. Starmer Consonu sorğu-sual edib, lakin baş nazir cavab vermək əvəzinə onu məşhur cinayətkar Cimmy Savileni baş prokuror kimi mühakimə etməməkdə günahlandırıb. Daha sonra Conson sözlərini geri götürüb, lakin üzr istəməkdən imtina edib.
Yanvarın sonunda Britaniyada Consonun əyləncə gecəsi ilə bağlı araşdırma dərc edilib. Karantin zamanı Dauninq-sritdə baş verən hadisələr etik standartların ciddi pozulması kimi tanınıb. Belə qərara gəlinib ki, Böyük Britaniyadakı epidemioloji vəziyyəti nəzərə alaraq, Baş nazirin iqamətgahında bəzi ziyafətlər təşkil olunduğu kimi keçirilməməli idi.

Siyasətçi parlamentdəki çıxışı zamanı ictimaiyyətdən üzr istəyib və istintaqın ümumi nəticələri ilə razılaşdığını bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi