xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:43 – Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı 
  • 12:53 – Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 
  • 12:10 – Prezident xalqa müraciət edir - Video 
  • 14:33 – İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub 

Belarus 17 ölkədən yardım istədi

10-01-2022, 09:00 33 dəfə baxılıb

Belarus 17 ölkədən yardım istədi


Belarus Baş Prokurorluğu Böyük Vətən Müharibəsi illərində belarus xalqının soyqırımı ilə bağlı 17 ölkəyə hüquqi yardım üçün sorğu göndərib.

“Report” xəbər verir ki, bu barədə STV kanalında soyqırım işi üzrə prokurorluğun istintaq qrupunun rəhbəri Valeri Tolkaçev bildirib.

Onun sözlərinə görə, Litva və Latviya cinayət işi ilə bağlı Belarusa hüquqi yardım göstərməkdən imtina edib və bunu ölkələrinin milli təhlükəsizlik məsələlərinə təsir edə biləcəyi ilə əsaslandırıb.

Eyni zamanda o, Rusiyanın arxiv sənədləri ilə işləmək imkanı verən istintaqa fəal kömək göstərdiyini qeyd edib.

"Dövlət başçısının tapşırığı ilə Baş Prokurorluğun istintaq qrupu Moskvada olub. Biz Rusiyanın dövlət arxivi ilə, Müdafiə Nazirliyinin arxivi ilə, digər arxivlərlə işləmişik. Rusiya tərəfi bizi sənədlərlə təmin etməkdə maraqlıdırlar”, - deyə Tolkaçev bildirib.

O, bildirib ki, iş üzrə 12,5 minə yaxın şahid dindirilib, onların yarısı konslager əsirləri və Böyük Vətən Müharibəsi veteranlarıdır.

2021-ci ildə Böyük Vətən Müharibəsi zamanı belarus xalqının soyqırımı faktı ilə bağlı cinayət işi açılıb. Baş prokuror Andrey Şvedin sözlərinə görə, məqsəd ölkəni soyqırım qurbanı kimi tanımaq, tarixi faktları dəyərdən salmaq cəhdlərinin qarşısını almaq olub.

Prokurorluğun məlumatına görə, Böyük Vətən Müharibəsi illərində ən azı 1,5 milyon insanın həlak olduğu Belarus ərazisində 400-dən çox dinc əhalinin məcburi saxlanması yeri, 260 ölüm düşərgəsi və 170 getto fəaliyyət göstərib. Ümumilikdə, Almaniyanın işğalı illərində Belarusun mülki əhalisinin itkisi təxminən 3 milyon nəfər, yəni əhalinin üçdə biri olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi