xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

İranlı alimin öldüyü sui-qəsddə şok detal: arvadının burnu belə qanamayıb

20-09-2021, 12:12 33 dəfə baxılıb

İranlı alimin öldüyü sui-qəsddə şok detal: arvadının burnu belə qanamayıb


İranlı nüvə alimi və fizik Möhsün Fəxrizadənin qətli ilə bağlı yeni detal ortaya çıxıb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, fizikin qətlinin peykdən idarə olunan və ya "süni intellekt"lə təchiz edilmiş pulemyotla həyata keçirildiyi iddia edilib.

"The New York Times" (NYT) qəzeti sui-qəsd zamanı dəqiqədə 600 mərmi atan süni intellektli robot silahdan istifadə edildiyini yazıb. Fəxrizadənin 1600 km uzaqlıqdakı ərazidən peyk vasitəsilə Mossadın snayperi tərəfindən vurulduğu da iddia edilib.

Qəzetin yazdığına görə, Fəxrizadənin avtomobillə dönüş edəcəyi yolda yüksək texnolji imkanlara malik kameraların olduğu avtomobil və robot silahın olduğu “pick-up “yerləşdirilib.

Qeyd olunub ki, kamera məlumatlarının gəlməsi və kəşfiyyatın göstərişi ilə snayperin atəş açması arasındakı 1.6 saniyəlik müddəti təşkil etmək üçün süni intellektdən istifadə olunub.

Ümumilikdə 15 dəfə atəş açıldığı və Fəxrizadənin burnu belə qanamayan həyat yoldaşının qollarında vəfat etdiyi bildirilib.

Qeyd edək ki, ötən ilin 27 noyabrında İranlı fizika və nüvə alimi, İranın Müdafiə Nazirliyinin Tədqiqat və İnnovasiya Təşkilatının rəhbəri Möhsün Fəxrizadəyə qarşI sui-qəsd olub.

Mətbuatda bir qrup silahlı şəxs Tehran yaxınlığında aliminin olduğu avtomobilə hücum etdiyi və baş verən atışma nəticəsində M.Fəxriadənin öldüyü bildirilirdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi