xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

ABŞ-da “TikTok” və “WeChat” yenidən açıldı

10-06-2021, 09:27 43 dəfə baxılıb

ABŞ-da “TikTok” və “WeChat” yenidən açıldı


ABŞ prezidenti Co Bayden “TikTok” və “WeChat” tətbiqlərinin ölkə ərazisində bağlanmasına dair sələfi Donald Trampın imzaladığı müvafiq fərmanları ləğv edib.
"Bununla yanaşı, Ağ Ev Çinin nəzarət etdiyi həmin tətbiqləri milli təhlükəsizliyə təhdid olaraq gördüyünü də açıqlayıb. Belə ki, prezident C.Baydenin fərmanında həmin tətbiqlər vasitəsilə fərdi məlumatların toplana biləcəyilə bağlı mümkün təhlükə qeyd olunub.

Fərmanda federal hökumətə milli təhlükəsizlik, xarici siyasət, iqtisadi hədəflər, o cümlədən Amerikanın başlıca dəyərləri və təməl azadlıqları baxımından hər hansı risk olub-olmadığını araşdırmaq çağırışı yer alıb.

Xatırladaq ki, ötən yay prezident Tramp ölkənin internet provayderlərinə hostinq servislərində adıçəkilən mobil tətbiqləri açmağı qadağan edən fərman imzalamışdı. Lakin federal məhkəmə bu fərmanın qüvvəyə minməsini dayandırmışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi