xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

“Mənimlə cinsi əlaqəyə girməsən, yaşadıqlarımızı ailənə deyəcəyəm” – Zəhranın İNTİHAR SƏBƏBİ

9-09-2019, 09:27 62 dəfə baxılıb

“Mənimlə cinsi əlaqəyə girməsən, yaşadıqlarımızı ailənə deyəcəyəm” – Zəhranın İNTİHAR SƏBƏBİ

Antalyada intim əlaqədə olmağa məcbur etdiyi keçmiş sevgilisi 19 yaşlı Zəhra Demirin, ailəsi ilə yaşadığı evin qapısı ağzında intihar etməsinə səbəb olduğu iddiası ilə ömürlük həbsi tələb edilən 18 yaşlı Süleyman Taruk sərbəst buraxılıb.

Milli.Az xəbər verir ki, mərhum Zəhranın ailəsi və vəkili məhkəmin bu qərarını eşidincə həyatlarının şokunu yaşayıblar. Vəkil Hadi Cin prosesdə ağlayıb. Cin “Etiraz edirəm. Qadına şiddətin intihara səbəb olduğu məqamda məhkəmənin bu qərarını anlaya bilmirəm” deyib.

Kəpəz qəsəbəsinin Ahatlı Məhəlləsində yaşayan Zəhra Demir həmin məhəllədə qalan Süleyman Taruk ilə bir müddət yaxınlıq edib. Zəhra Demir münasibətlərinə son qoymağına baxmayaraq Süleyman Taruk gənc qızı rahat buraxmayıb. Tez-tez zəng edərək onu şantaj edəcəyi ilə hədələyib. Zəhra 10 dəfə telefon nömrəsini dəyişmək məcburiyyətində qalıb. Taruk axırıncı dəfə 28 sentyabrda Zəhra Demirə zəng edib. İddiaya görə, gənc qızı yenidən onunla cinsi əlaqədə olmayacağı təqdirdə yaşadıqlarını ailəsinə açıb deyəcəyi ilə təhdid edib.

Zəhranın intihar etdiyi gecə saxlanılan Süleyman Taruk hadisədən 6 gün sonra sərbəst buraxılıb.

Qeyd edək ki, Antalya şəhərində yerləşən Kəpəz dövlət xəstəxanası yaşı 18-dən aşağı olub, doğum edən uşaqlar ilə bağlı statistikanı açıqlayıb. Statistikaya görə, iki il ərzində sadəcə Antalya vilayətində 274 uşaq hamilə qalıb. Onların əksəriyyətinin yaşı 14-17 arasıdır






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi