xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Erməni cinayətləri Kolumbiya televiziyasında - VİDEO

17-11-2020, 12:22 74 dəfə baxılıb

Erməni cinayətləri Kolumbiya televiziyasında - VİDEO


Kolumbiyanın nüfuzlu “Caracol” televiziya kanalının “El mundo hoy” verilişində Ermənistan-Azərbaycan münaqişəsi, tərəflər arasında atəşkəs təsis edilməsi üzrə imzalanmış birgə bəyanat haqda reportaj və səfir Məmməd Talıbovun məsələ ilə bağlı müsahibəsi efirə gedib.
Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən "Ölkə.Az"a verilən məlumata görə, müsahibədə Rusiyanın vasitəçiliyi və Türkiyənin yaxından iştirakı ilə əldə olunan atəşkəs razılaşması barədə danışan səfir Azərbaycan və Rusiya Prezidentləri və Ermənistanın Baş naziri tərəfindən imzalanan bu sənədin tələblərinə əsasən, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altında qalan ərazilərindən çıxarılmaqda olduğunu, atəşkəsə nəzarət üçün bölgədə Rusiya sülhməramlı qüvvələrinin yerləşdirildiyini və ümumilikdə razılaşmanın regionda davamlı sülhün bərqərar olmasına şərait yaradacağına ümidvar olduğunu bildirib.

Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalaraq öz doğma torpaqlarından qovulmuş və son 30 il ərzində məcburi köçkün vəziyyətində yaşayan 1 milyona yaxın soydaşımızın öz yurdlarına qayıdacağını deyən səfir, Dağlıq Qarabağda yaşayan ermənilərin də Azərbaycan qanunlarına hörmət etmək şərtilə burada yaşamaqda davam edə biləcəyini söyləyib.


Erməni xalqının atəşkəs bəyanatından narazı olması və bunu öz hökumətinin satqınlığı hesab etməsi ilə bağlı suala münasibətdə səfir yaranmış durumun birbaşa Ermənistan hökumətinin təqsiri olduğunu, BMT qətnamələrinin işğal olunmuş ərazilərin boşaldılmasını aydın şəkildə tələb etdiyi halda bu ölkənin siyasi rəhbərliyinin öz xalqını illərlə aldatdığını və onları sülhə hazırlamaq əvəzinə bu torpaqların işğalının nəticələrini qoruyub saxlayacağına inandırdığını qeyd edib.

Reportajda verilişin redaksiyası tərəfindən münaqişənin tarixi haqda məlumat verilib, hərbi əməliyyatların gedişatı və hazırda ermənilərin işğal olunmuş ərazilərimiz tərk edərkən ətraf mühit və infrastruktura zərər yetirdiyini əks etdirən kadrlar nümayiş etdirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi