xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Yuri Podolyaka: “Bir neçə həftə qalıb, hər şey Azərbaycan Ordusunun əlindədir”

5-11-2020, 09:52 67 dəfə baxılıb

Yuri Podolyaka: “Bir neçə həftə qalıb, hər şey Azərbaycan Ordusunun əlindədir”


Ermənistan cəmiyyəti kapitulyasiyanı qəbul etməyə hazır deyil, baxmayaraq ki, siyasətçilər hər şeyi gözəl anlayır və baş verənlərlə bağlı özlərinə hesabat verirlər. Ancaq məhz siyasətçilər 20 ildən çox öz cəmiyyətlərini aldadıblar və Qarabağın əbədi olaraq ermənilərin olacağından danışıblar.
Bu sözləri Media.Az-a müsahibəsində məşhur ukraynalı analitik, “Yuri Podolyaka” “Youtube” kanalının müəllifi Yuri Podolyaka bildirib.

“Bəs indi onlar öz xalqlarına necə izah edə bilərlər ki, bu yalan olub, kapitulyasiyaya razılaşmaq lazımdır, yoxsa daha pis olacaq. Heç bir erməni hökuməti buna getməz. Mən ötən əsrin 90-cı illərində baş verən, prezident Əbülfəz Elçibəyin hakimiyyəti itirdiyi vəziyyətin təkrarlanmasını istisna etmirəm. O zaman artıq Nikol Paşinyan heç bir şeyə görə cavab verməyəcək. Elə yeni hökumət də formal olaraq heç nəyə görə məsuliyyət daşımayacaq. Beləliklə erməni cəmiyyəti baş verənlərlə barışacaq, artıq formalaşmış olan yeni status-kvonu qəbul edəcək”, - deyə ekspert bildirib.

Yuri Podolyaka həmçinin münaqişənin tənzimlənmə üsulu barədə da fikirlərini açıqlayıb:

“Hər şey Azərbaycan ordusunun uğurlarından asılı olacaq. Artıq iş müharibəyə çatdığından siyasətçilər sadəcə hərbçilərin uğurlarını qeyd edirlər. Əgər Azərbaycan Silahlı Qüvvələri sona qədər getsə, o zaman erməni tərəfi kapitulyasiya imzalayacaq. Əks halda İrəvan hər şeyi gecikdirməyə çalışacaq. Ancaq təxmin etməyə dəyməz. Yaşayarıq, görərik. Bir neçə həftə qalıb. Hər şey sizin hərbçilərinizin əlindədir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi