xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Vaqif Əsədov oğlunu Qarabağa yola saldı - Ya Qarabağ, ya ölüm

29-09-2020, 20:57 63 dəfə baxılıb

Vaqif Əsədov oğlunu Qarabağa yola saldı - Ya Qarabağ, ya ölüm


Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovun oğlu könüllü olaraq döyüşə gedib. Avtosfer.az xəbər verir ki, V.Əsədov oğlunu bu gün cəbhəyə yola salıb.
“Qələbə ilə geri qayıdacağıq”: Bakıda hərbçiləri necə yola salırlar – video Polis polkovnikinin oğlu Pərvin Əsədov döyüşə bu gün könüllü olaraq gedib.

Məsələ ilə bağlı Vaqif Əsədovla əlaqə saxladıq. O bildirdi ki, oğlunu bu gün yola salıb: "Bəli, bu gün cəbhəyə əsgər yola saldım. Hesab edirəm ki, oğlum Qarabağın azad edilməsində iştirak etməlidir. Ya Qarabağ, ya ölüm! Bunu onun özü də belə istəyir. Ya Qarabağda bayrağımızı dalğalandıracaq, ya da şəhid olacaq".

Xatırladaq ki, Pərvin Əsədov Fövqəladə Hallar Nazirliyinin əməkdaşıdır. 29 yaşı var. Pərvin Əsədov hərbi xidmətdə Ağdamda ön cəbhədə olub.

V.Əsədovun sözlərinə görə, oğlu aidiyyəti üzrə ərazilərdə Qarabağın işğaldan azad edilməsi üçün canından belə keçməyə hazırdır. "İnşallah ki, itirdiyimiz torpaqları qaytararıq. Oğlum da qələbə xəbəri ilə qayıdar. İnanıram və arzulayıram ki, oğlum qələbə bayrağını sancacaq. Ali Baş Komandan bu gün əmr versə, özüm də Vətən uğrunda döyüşlərə hazıram və son damla qanıma qədər mübarizə apararam", - deyə Vaqif Əsədov bildirib.

"Mən cəbhəyə bir əsgər yola salmışam. Hərbi xidməti də cəbhə zonasında keçmişdi. İndi də cəbhəyə getdi. Qələbə bizimdir, qoy o da bu müqədəş döyüşdə iştirak etsin. Mən də döyüşlərdə iştirak etməyə hazıram".Vaqif Əsədov oğlunu Qarabağa yola saldı - Ya Qarabağ, ya ölüm






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi