xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

C.Əhmədov: “İlahi, Səni itirən nəyi tapdı, Səni tapan nəyi itirdi?”

28-09-2020, 19:28 156 dəfə baxılıb

C.Əhmədov: “İlahi, Səni itirən nəyi tapdı, Səni tapan nəyi itirdi?”


Öz çıxışını İmam Hüseynin (ə.s) bu kəlamı ilə başlayan Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov 70-ə yaxın idmançı ilə birlikdə torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərə qatılmaq üçün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin əmrini səbirsizliklə gözlədiklərini bildirdi

Biz hər şeydən öncə bir müsəlman ölkəsiyik. Şəhidlik zirvəsinin başında duran İmam Hüseyn (ə.s) demişdir: “İlahi, Səni itirən nəyi tapdı, Səni tapan nəyi itirdi?” Bu gün biz də Allahımızı tanıyırıqsa, dinimizi, Vətənimizi və dövlətimizi seviriksə, bu zaman bu Vətənin torpaqlarından başqa heç bir şeyi, o cümlədən lazım gələrsə, həyatımızı belə itirməkdən qorxmamalıyıq. Allah da şahiddir ki, son otuz ildə möhtərəm Prezidentimiz cənab İlham Əliyev Qarabağ probleminin sülh yolu ilə həllinə nail olmaq üçün bütün imkanlardan istifadə etdi. Lakin bu imkanlar da tükəndi, ermənilərin təxribatları isə tükənib-bitmədi. Düşəmənlərimiz dəfələrlə onlara edilən xəbərdarlıqlara məhəl qoymadılar, xaincəsinə həmlələrlə insanlarımızı ödürməkdən, işğal olunmuş torpaqlarımızda tariximizi və dinimizi təhqir etməkdən əl çəkmədilər. Bu gün isə artıq bizim də səbir kasamız dolmuşdur.
Bu gün Vətənimizi işğaldan azad etmək günüdür. Bu gün Vətən uğrunda öldürməyə və lazım gələrsə, ölməyə hazır olan, Vətənini, dövlətini və ailəsini qəlbən sevən oğul və qızlarımızın önə çıxmalı olduqları gündür. Ona görə ki, insan üçün hər zaman birinci Vətən, sonra ana və ailə gəlir!
Mən, Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov, 70 nəfər sağlam əqidəli, vətənpərvər gənc idmançı ilə birlikdə Vətənimizin işğal altında olan torpaqlarının azad olunması üçün gedən döyüşlərə dərhal qatılmaq üçün Ali Baş Komandan cənab İlham Əliyevin əmrini gözləyirik.
Möhtərəm cənab Prezident, cənab Ali Baş Komandan! Bilin ki, bu gün də biz Azərbaycan Qol Güləşi Federasiyası olaraq bütün heyətimizlə, bütün idmançılarımızla hər zaman olduğu kimi, Sizin yanınızdayıq!
Allah Sizi qorusun! Uğur və zəfər hər zaman Sizinlə olsun və olacaq da! Çünki, uca Allah bilir ki, haqq və ədalət bizim tərəfimizdədir!
Yaşasın müstəqil Azərbaycan! Yaşasın Azərbaycan xalqı!
Yaşasın Azərbaycan Ordusunun Ali Baş Komandanı!

Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti,
Avropa Armrestlinq Federasiyasının vitse-prezidenti Cəsarət Əhmədov






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi