xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Rayonlara getməyə bu şərtlərlə icazə veriləcək — AÇIQLAMA

29-07-2020, 14:46 58 dəfə baxılıb

Rayonlara getməyə bu şərtlərlə icazə veriləcək — AÇIQLAMA


Azərbaycanda 14 şəhər və rayonda tədbiq edilən sərt karantin rejiminin avqustun 5-də bitməsi gözlənilir. Lakin dünən yoluxmanın sayının 400-dən çox olması yenidən sərt karantin rejiminin uzadılması ehtimalını ortaya çıxarır. Azərbaycanda sərt karantin rejimi avqustun 5-də bitə bilərmi?
Bununla bağlı konkret.az-a danışan deputat Fazil Mustafa bildirib ki, bu gün insanların çoxu işini davam etdirir:

“Amma burada çıxış yollarından biri insanların rayonlara buraxılmasıdır. Kütləvi şəkildə iltizam alınır və insanlar 20 günlüyə rayonlara gedir. Şəhəri bir az boşaltmaq və yüngülləşdirmək lazımdır. Elə rayonlar var ki, istirahət mərkəzləri və başqa yerlər çalışmır. Amma elə bölgələr var ki, koronavirus orada yayılmayıb. Ona görə də orada restoranlar və kafelər işləyir. Qaydalara əməl etməklə insanlar şəhərdən uzaqlaşa bilərlər. Düşünürəm ki, ilk növbədə bu istiqamətdə düşünmək lazımdır. Çünki səhiyyə sistemimizin bu problemi çözmək imkanları xeyli aşağıdır. Minlərlə insan evdə müalicə olunur. Bu şəraiti nəzərə alaraq insanlara Bakıya bir müddət dönməmək şərti ilə sərbəst davranmaq imkanları vermək lazımdır. Bu imkan yaradılsa, insanlarımız ən azı 20-25 gün rayonlarda təcrid olunub, qala bilər. Onsuz da toy və digər tədbirlərin keçirilməsinə icazə verilmir. Amma birdən-birə sərt karantin rejimini də yumşaltmaq müəyyən çətinlik yaradacaq. Yenə də fürsət düşən kimi insanlarımız 300-500 nəfərlik yas mərasimləri keçirirlər. Mən rayondan qayıdanda gördüm ki, 5-6 yerdə 1000 adam yığışmışdı. Soruşanda da dedilər ki, yas mərasimi keçirilir. Bu, sırf insanların məsuliyyəti ilə bağlı məsələdir”.
Deputat qeyd edib ki, sərt karantin rejimi ləğv edilsə, insanlar arxayın olacaq və qaydalara əməl etmək yenidən yaddan çıxacaq:

“Bu da təbii ki, yenə də sərt karantin rejimin tədbiqinə səbəb olacaq. İnsanlara iltizam verilərək ailəli şəkildə 20-25 günlük rayonlara getməsinə icazə verilməsi müəyyən qədər yoluxmanın qarşısını ala bilər. Digər tərəfdən də müəyyən iş yerlərinin açılmasına gedilməlidir. Metro açılmasın. Avtobusların da sayını artırmaq lazımdır. İş yerlərini açmaq lazımdr ki, insanlarımız maddi sıxıntılarını ortadan qaldıra bilsinlər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi