xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:03 – Niderland vətəndaşlarının İrandan təxliyyəsinə görə Prezidentə təşəkkür etdi - Fotolar 
  • 12:34 – İlham Əliyev: Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar 
  • 12:16 – AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - Fotolar - Yenilənir 
  • 11:43 – Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi 

Bu gün və sabah Ramazan ayının başlanmasını qeyd edən müsəlman ölkələri — Siyahı

24-04-2020, 14:29 67 dəfə baxılıb

Bu gün və sabah Ramazan ayının başlanmasını qeyd edən müsəlman ölkələri — Siyahı


Müsəlman dünyası müqəddəs Ramazan ayı ərəfəsindədir. Möminlərin on bir aydır səbirsizliklə gözlədikləri məqam gəlib çatır.
Hicri qəməri təqviminin doqquzuncu ayında - Ramazan ayında oruc tutmaq hər bir müsəlman üçün fərzdir. Ağıllı, həddi-büluğa çatmış, oruc tutmaq üçün üzrlü səbəbi olmayan hər bir mömin oruc tutmalıdır. Müsəlmanlar mübarək ay boyunca günün işıqlı vaxtında oruc tutub yemək-içməkdən uzaq qalacaqlar.

Dünyanın müsəlman ölkələrində Ramazan ayının başlama tarixi müxtəlifdir.

İnter.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin verdiyi fətvaya əsasən bu il Ramazan ayı miladi təqvimi ilə Azərbaycanda aprelin 25-də başlayır.

Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Livan, Birləşmiş Ərəb Əmrlikləri, Yəmən, Bəhreyn və Əlcəzairdə Ramazan ayı aprelin 24-dən başlayır.

Misir, Fələstin, İran, İraq, İordaniya, Liviya, Tunis, Pakistan və Suriyada Ramazan ayının 1-i miladi təqvimlə aprelin 25-nə təsadüf edib.

Qeyd edək ki, İslam ölkələri ayparanın dünyanın hər hansı bir yerində deyil, öz ölkələrində görünməsini əsas götürür və bu səbəbdən Ramazan ayı və bayram günlərində fərqlilik yaşanır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi