xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:09 – İlham Əliyev Kremldədir - Video 
  • 09:37 – İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO 
  • 13:41 – Prezident Milli Qəhrəman Natiq Qasımovdan danışdı 
  • 13:36 – Prezident: İrəvan sülh istəyirsə, günahkarları cəzalandırmalıdır 

Xaricdə qeydiyyatda olan avtomobillərlə bağlı yeni MƏHDUDİYYƏT — RƏSMİ

22-04-2020, 12:31 46 dəfə baxılıb

Xaricdə qeydiyyatda olan avtomobillərlə bağlı yeni MƏHDUDİYYƏT — RƏSMİ


Bu həftədən xaricdə qeydiyyatda olan avtomobillərin Azərbaycana müvəqqəti gətirilməsinə il ərzində 90 gün məhdudiyyət qoyulması barədə qərar qüvvəyə minib.
Bu, Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edilməsi barədə” 19 mart 2020-ci il tarixli qərarında əksini tapıb.

Bundan əvvəl qüvvədə olan Qaydalara əsasən, xarici dövlətlərdə daimi qeydiyyatda olan avtonəqliyyat vasitələrinin və onların qoşqularının (yarımqoşqularının) qeyri-rezidentlər tərəfindən müvafiq təsdiqedici sənədlə gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsinə 90 gün müddətinədək, bu müddətin uzadılmasına görə isə Gömrük Məcəlləsində müəyyən edilmiş gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün təminat üsullarının tətbiqi ilə 1 ildən artıq olmamaq şərti ilə həmin şəxsin vizasında və ya Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsində, yaxud əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərarda göstərilən müddətə icazə verilib.

Bu həftədən qüvvəyə minən dəyişikliyə əsasən, avtomobillərin müvəqqəti olaraq gətirilməsinə hər təqvim ili ərzində 90 gün məhdudiyyət müəyyənləşib. Başqa sözlə, xarici dövlətlərdə daimi qeydiyyatda olan avtonəqliyyat vasitələrinin və onların qoşqularının (yarımqoşqularının) qeyri-rezidentlər tərəfindən müvafiq təsdiqedici sənədlə gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsinə hər təqvim ili ərzində ümumilikdə 90 gün müddətinədək, bu müddətin uzadılmasına görə isə Gömrük Məcəlləsində müəyyən edilmiş gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün təminat üsullarının tətbiqi ilə 1 ildən artıq olmamaq şərti ilə həmin şəxsin vizasında və ya Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsində, yaxud əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərarda göstərilən müddətə icazə verilir. /qazet.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
 Valyuta məzənnəsi