xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Koronavirusdan Azərbaycana Novruz zərbəsi: İtkimiz böyük olacaq

25-02-2020, 11:58 55 dəfə baxılıb

Koronavirusdan Azərbaycana Novruz zərbəsi: İtkimiz böyük olacaq


İrandan Azərbaycana gəlmək üçün tur paket alan iranlı turistlərin bir qismi səyahət biletlərini ləğv etmək üçün otellərə müraciət edib.

Bu barədə Sputnik Azərbaycan-a İranın “Ulduz” Turizm Şirkətinin rəhbəri Həmid Cahadi məlumat verib.

O bildirib ki, tur paket alan iranlı turistlərdən 8-9 ailə otellərə zəng edərək bronları ləğv etmək istədiklərini bildiriblər:

“Onların çoxu 4 ulduzlu otellərdə yer bron edən iranlı turistlərdir. Amma hələ ki biz sərhədlər bağlanmayanadək sifarişlərin ləğvi ilə bağlı tələbləri icra etmirik. Çünki bu turistlərin özlərinə zərər vurur. Əgər səyahət bileti turist tərəfindən tam əsas olmadan ləğv edilirsə, bunun cəriməsini turist özü ödəyir”.

Həmid Cahadi bildirib ki, koronavirus yayılmazdan öncə İrandan bu Novruz bayramında Azərbaycana 50 min turistin gəlməsi proqnozlaşdırılıb:

“Təkcə bizim şirkət 2-3 min arası turist cəlb etməyi nəzərdə tuturdu. Bu günə kimi bizim tur şirkətdən 1000-ə yaxın turist səyahət bileti alıb. Onların bir qismi konsertlər, digər qismi isə Novruz şənliklərində iştirak etmək istəyindədirlər. Novruz Bayramı Azərbaycanda daha maraqlı keçdiyi üçün iranlı turistlər bu bayramı ölkəmizdə qeyd etmək arzusundadırlar.

Amma Azərbaycanın Tehrandakı səfirliyi Azərbaycana vizaların verilməsini müvəqqəti olaraq dayandırıb. İranlı turistlərin əksəriyyəti Azərbaycana viza almaq üçün onlayn şəkildə müraciət edirlər və bu məsələdə heç bir problem yoxdur. Biz özümüz də müvəqqəti olaraq İrandan turistlərin rezervasiyasını dayandırmışıq”.

“Baku Life Travel”in rəhbəri Aqşin Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, İranda koronavirus təhlükəsi ilə bağlı Azərbaycana səyahət bileti alanlardan bir neçə ailə biletin ləğvi üçün müraciət edib:

“Bizdən tur paket alan iranlı turistlərin sayı 30-35 ailədir. Əslində biz bu Novruzda İrandan daha çox turistin gələcəyini proqnozlaşdırırdıq. Amma İrandakı Azərbaycan konsulluğu viza verməyi dayandırıb. Ancaq turistlər asan vizaya müraciət edə bilərlər. Əgər İranla sərhədlər bağlanmasa, güman edirik ki, Novruz bayramında Azərbaycana xeyli sayda iranlı turist gələcək. Çünki rezervasiya etmək üçün müraciət edənlərin sayı çoxdur”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi