xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:50 – Prezidentlə xanımı Qırğızıstandadır - Fotolar - YENİLƏNİB 
  • 09:20 – İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır 
  • 14:49 – Azərbaycanın “C6” formatında iştirakı... - Prezidentdən MÜHÜM AÇIQLAMA 
  • 14:46 – İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi 

ABB-dən kartlardan silinən pullarla bağlı yeni AÇIQLAMA

25-06-2026, 12:29 3 dəfə baxılıb

ABB-dən kartlardan silinən pullarla bağlı yeni AÇIQLAMA


ABB dünən bəzi müştərilərin kart hesablarında yaranmış vəziyyətlə bağlı açıqlama yayıb.

Bankın sosial media səhifələrində yayılan açıqlamada deyilir ki, dünən bəzi müştərilərin kart hesablarında yaranmış müvəqqəti texniki məsələ tam aradan qaldırılıb:

"Hesab balansları bərpa olunub və bütün xidmətlər normal rejimdə fəaliyyət göstərir.

Yaranmış vəziyyət Azərikard Prosessinq Mərkəzinin xidmət göstərdiyi bir sıra banklarda banklararası hesablaşma fayllarının emalı zamanı yaranmış texniki nasazlıq nəticəsində bəzi əməliyyatların müvəqqəti təkrar əks olunması ilə bağlı idi. Məsələ operativ şəkildə aradan qaldırıldı və bütün hesablar tam bərpa edildi.

Bu müddətdə ABB mobile tətbiqinə eyni vaxtda çoxsaylı müraciətlər səbəbindən bəzi istifadəçilərimiz tətbiqdə müvəqqəti yubanma və giriş çətinliyi ilə üzləşmişdilər. Hazırda tətbiq də tam normal rejimdə xidmətinizdədir”.

Bankın açıqlamasında vurğulanır ki, baş vermiş insident texniki xarakter daşıyıb, hər hansı kiberhücum cəhdi və ya məlumat təhlükəsizliyi pozuntusu ilə bağlı olmayıb. Müştərilərin vəsaitləri və fərdi məlumatları hər zamankı kimi tam təhlükəsiz şəkildə qorunub:

“Yaranmış narahatlığa görə üzr istəyir, göstərdiyiniz anlayış və təmkinli davranışa görə Sizə dərin təşəkkürümüzü bildiririk” – deyə ABB-nin açıqlamasında bildirilir:

“Müştərilərimizə təqdim etdiyimiz rəqəmsal xidmətlərimizin dayanıqlılığının və etibarlılığının daha da artırılması istiqamətində işlərimizi davam etdirəcəyik. Etimadınız bizim üçün ən böyük dəyərdir! Doğma bankınıza hər zaman güvənə bilərsiniz!”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
 Valyuta məzənnəsi