xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 15:43 – İlham Əliyev 19-cu "Caspian Agro Week" və 31-ci "InterFood Azerbaijan" sərgiləri ilə tanış olub 
  • 20:20 – İlham Əliyev və Meloni mətbuata bəyanatlarla çıxış edirlər 
  • 20:16 – Prezident İlham Əliyevin İtaliya Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO 
  • 19:34 – İlham Əliyevin Meloni ilə təkbətək görüşü keçirilir - Fotolar 

Meloninin səfəri Aİ-Azərbaycan əlaqələrinə bu təsirləri göstərəcək

Bugün, 15:30 3 dəfə baxılıb

Meloninin səfəri Aİ-Azərbaycan əlaqələrinə bu təsirləri göstərəcək


“Enerji və daşımalar birmənalı olaraq iki sahədir ki, Avropa daha vacib rol oynaya bilər və oynamalıdır. Beləliklə, sərmayələrə dəstək, enerji şəbəkələrinə, beynəlxalq daşımalar marşrutlarına Azərbaycanın daha böyük inteqrasiyası təmin edilə bilər”.

Bunu İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni Prezident İlham Əliyev ilə mətbuata bəyanatlar zamanı deyib.

İtaliya baş nazirinin Bakı səfəri Azərbaycan-Avropa İttifaqı dialoquna, münasibətlərinə təkan verəcəkmi?

Politoloq Qabil Hüseynli Musavat.com-a bildirib ki, İtaliya baş naziri Ciorcia Meloninin Bakıya səfəri və Prezident İlham Əliyev ilə görüşündə Azərbaycan-Avropa İttifaqı dialoqunun gücləndirilməsi mövzusunun qabardılması təsadüfi deyil:

“İtaliya Avropa İttifaqının mühüm aparıcı dövlətlərindəndir və Azərbaycanla həmişə dost münasibətlərə üstünlük verir. Eləcə də İtaliya Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin daha da dərinləşdirilməsində, Azərbaycanın Aİ-yə inteqrasiyasında maraqlı ölkədir. Bu marağını heç zaman gizlətməyən İtaliya baş nazirinin Bakıda Azərbaycan Prezidenti ilə görüşdə səsləndirdiyi fikirlər tamamilə təbiidir. Qeyd etdiyimiz kimi, İtaliya Aİ daxilində Azərbaycanla ən yaxın və praqmatik əməkdaşlıq quran ölkələrdən biridir. Xüsusilə enerji sahəsində, “Cənub Qaz Dəhlizi” və TAP layihəsi vasitəsilə Roma Bakı ilə strateji tərəfdaş kimi çıxış edir. Bu baxımdan xanım Meloninin Bakıya səfəri faktiki olaraq Aİ daxilində Azərbaycanla əməkdaşlığın lokomotiv ölkələr tərəfindən dəstəkləndiyini göstərir”.

Politoloq xatırladıb ki, son dövrlərdə Azərbaycan-Aİ münasibətlərində müəyyən siyasi gərginliklər müşahidə olunur, xüsusilə Avropa Parlamenti səviyyəsində qəbul edilən qətnamələr fonunda soyuqluq var. Belə bir şəraitdə xanım Meloninin mesajı vəziyyətin yumşaldılmasına müəyyən təsirlərini göstərə bilər:

“Xanım Meloninin səfəri Aİ daxilində daha sərt yanaşmalarla yanaşı, əməkdaşlıq tərəfdarı olan xəttin də güclü olduğunu nümayiş etdirdi. İtaliyanın bu təşəbbüsü Aİ-nin enerji təhlükəsizliyi maraqları ilə birbaşa bağlıdır və bunu gizlətmirlər. Ukrayna müharibəsindən sonra Avropanın alternativ qaz mənbələrinə ehtiyacı artıb və Azərbaycan bu baxımdan əsas tərəfdaşlardan biridir. Bu reallıq Brüsselin Bakı ilə dialoqunu tamamilə siyasi müstəviyə sıxışdırmasına imkan vermir. Meloninin səfəri təkbaşına Azərbaycan-Aİ münasibətlərində kəskin dönüş yaratmayacaq, amma dialoq kanallarının açıq qalmasına xidmət edəcək. Əgər bu xətt digər aparıcı Aİ ölkələri tərəfindən dəstəklənsə, yaxın perspektivdə Bakı-Brüssel münasibətlərində dialoqun intensivləşməsi müşahidə oluna bilər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
 Valyuta məzənnəsi