xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:09 – İlham Əliyev Kremldədir - Video 
  • 09:37 – İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO 
  • 13:41 – Prezident Milli Qəhrəman Natiq Qasımovdan danışdı 
  • 13:36 – Prezident: İrəvan sülh istəyirsə, günahkarları cəzalandırmalıdır 

Qəzalı yataqxanada təhlükəli həyat — 91 ailə köməksiz qalıb - VİDEO

1-02-2020, 15:08 61 dəfə baxılıb

Qəzalı yataqxanada təhlükəli həyat — 91 ailə köməksiz qalıb - VİDEO


Səbail rayonu Badamdar qəsəbəsində 91 ailə məskunlaşdıqları binanın içində təhlükə altında yaşayırlar.

1971-ci ildə tikilmiş, hazırda qəzalı vəziyyətdə olan bina bir neçə il əvvələ kimi, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi-nin balansında olub. Sonradan Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilib. Hər gün qorxu içərsində yaşayan sakinlər mütəmadi olaraq icra qurumlarına yazılı və şifahi şəkildə müraciətlər etsələr də, dəyişən yalnız bəhanələr olub.

Hər dəfə müxtəlif səbəblər deyilərək sakinlərin dili ilə desək, onları başlarından ediblər. Sakinlər binadakı vəziyyəti belə izah edirlər:

“Evimizin içinə yağış yağır. Divarlar dağılıb tökülür. Çox acınacaqlı vəziyyətdir”.

Məsələ ilə bağlı rəsmi mövqe öyrənmək bizim üçün də asan olmadı.
Belə ki, Səbail Rayon İcra Hakimiyyətindən həmin binanın Bakı Şəhər İcra hakimiyyətinin balansında olduğu bildirildi. Bakı Şəhər İcra Hakimiyyətindən isə bizi Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentintinə yönləndirdilər.

Təəssüflər olsun ki, burdan da yataqxananın 3 saylı xüsusi təyinatlı mənzil-komunal təsrrüfat birliyinin balansında olduğu bildirildi. Uzun axtarışdan sonra nəhayət ki, sözügedən birliyin mühəndisi Əli Vəliyev suallarımıza telefonla cavab verdi.

Birlik nümayəndəsi bildirdi ki, həmin yataqxananın qəzalı vəziyyətdə olması barədə Fövqəladə Hallar Nazırliyinin də qərarı var. Bizim imkanımız yoxdur ki, orda təmir aparaq. Buna görə də Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişik.

Bəli, yenə də məsələ qalır məsul qurumların ümidinə. Yataqxananın və burda yaşayan insanların taleyi ilə bağlı lazım olan qərarı verməyə yəqin ki, vaxt və imkan tapa biləcəklər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
 Valyuta məzənnəsi