xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Azərbaycanda ev almaq niyə getdikcə çətinləşir? — AÇIQLAMA

17-04-2026, 09:21 7 dəfə baxılıb

Azərbaycanda ev almaq niyə getdikcə çətinləşir? — AÇIQLAMA


Son illərdə Azərbaycanda, xüsusilə Bakı və böyük şəhərlərdə ev almaq xeyli çətinləşib və bu, əsasən qiymətlərin gəlirlərə nisbətən daha sürətlə artması ilə bağlıdır. Əsas sual isə ondan ibarətdir ki, mənzil bazarında bu bahalaşmanı yaradan əsas iqtisadi amillər hansılardır və niyə ev sahibi olmaq bir çox ailələr üçün müşkül məsələyə çevrilib.

Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı ekspert Razi Abasbəyli bildirib ki, Azərbaycanın daşınmaz əmlak bazarındakı qiymətlər faktiki reallığı tam əks etdirmir və bir çox hallarda real bazar dəyərindən xeyli yüksəkdir. Bunun bir neçə əsas səbəbi mövcuddur.

"Birinci növbədə, ölkə əhalisinin böyük hissəsi paytaxta köçüb. İş imkanları və xidmət sahələri əsasən Bakı və ətraf ərazilərdə cəmləşdiyi üçün bu, mənzil bazarında tələbin artmasına səbəb olur. İkinci mühüm amil söküntü və yenidənqurma işləridir. Paytaxtın mərkəzi rayonlarında aparılan söküntülər nəticəsində insanlar şəhərin kənarlarına və ətraf ərazilərə üz tuturlar. Verilən kompensasiyalar isə çox vaxt mərkəzdə yeni mənzil almağa kifayət etmir. Bu da əlavə olaraq Bakı ətrafında mənzil tələbinin artmasına gətirib çıxarır. Digər tərəfdən, investisiya məqsədilə daşınmaz əmlaka yönəlmə də bazarda qiymətləri yüksəldən amillərdəndir. Bir çox ölkələrdə olduğu kimi, insanlar vəsaitlərini daşınmaz əmlaka yönəldərək onu qorumağa üstünlük verirlər. Bu isə bazarda süni tələbin formalaşmasına və qiymətlərin real dəyərdən yuxarı olmasına səbəb olur".

Ekspert bildirib ki, son illərdə, xüsusilə Rusiya–Ukrayna müharibəsindən sonra Azərbaycanda daşınmaz əmlaka investisiya axını artıb.

"Həm xaricdə yaşayan azərbaycanlılar, həm də digər investorlar Bakı şəhərində mənzil almağa üstünlük veriblər. Bu da tələbi artıraraq qiymətlərin yüksəlməsinə səbəb olub. Bununla belə, hazırda bazarda müəyyən doyma müşahidə olunur və əvvəlki illərlə müqayisədə alış aktivliyi zəifləməyə başlayıb. Buna görə də gələcək dövrdə qiymət artımının əvvəlki templə davam etməsi ehtimalı azdır".

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsindən sonra Qarabağ və Şərqi Zəngəzur bölgələrində aparılan genişmiqyaslı bərpa və məskunlaşdırma layihələri uzunmüddətli perspektivdə Bakı üzərindəki demoqrafik təzyiqi azalda bilər.

"Regionlarda yeni iş yerlərinin yaradılması və infrastrukturun inkişafı davam edərsə, Bakı əhalisinin artım tempi zəifləyə bilər ki, bu da daşınmaz əmlak bazarına təsir göstərə bilər. Ümumilikdə, gələcəkdə regionların inkişafı və əhalinin paylanmasının daha balanslı olması nəticəsində Bakıdakı mənzil bazarında tələb-təklif nisbətinin stabilləşməsi və qiymətlərin daha real səviyyəyə enməsi ehtimalı mövcuddur".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi