xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Xəzər təhlükə altındadır — XƏBƏRDARLIQ

1-04-2026, 09:36 11 dəfə baxılıb

Xəzər təhlükə altındadır — XƏBƏRDARLIQ


Xəzər dənizində hərbi obyektlərin, donanmaların məhv edilməsi ekoloji fəsadlara yol aça bilər. Belə hallarda neft və digər kimyəvi maddələrin sızması, suyun çirklənməsi və dəniz canlılarının yaşayış mühitinin pozulması riski artır. Biomüxtəliflikə mənfi təsir, balıqçılıq və dəniz ekosistemində zəncirvari dəyişikliklər də müşahidə oluna bilər.

"Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən ekoloq Qorxmaz İbrahimli bildirib ki, Xəzər dənizində donanmaların məhv edilməsi dedikdə, adətən İrana atılan bombalar və ya İranın atdığı raket zərbələri nəzərdə tutulur.

"Real vəziyyət belədir ki, Xəzərdə Rusiyanın daha çox donanması və hərbi obyektləri var. İran onları hədəf almayacaq, Rusiya isə onları qoruyur. Azərbaycanın gəmiləri və hərbi obyektləri isə potensial hədəf ola bilər, amma ümid edirik ki, belə ağılsız addımlar atılmayacaq. Əgər belə hallar baş verərsə, dənizdəki bütün canlılara və ekosistemə ciddi təsir göstərər. Bu təsir həm havadakı quşlara, həm yerdəki insanlara, həm də suda yaşayan bütün canlılara şamil olur".

Ekspert bildirib ki, neft sızmalarına gəldikdə isə, Xəzər dənizində neftin kəşfindən bəri bu problem mövcuddur.

"Quruda neft əvvəlcə kəşf olunub və daşınma prosesində çirklənmələr yaranıb. Daha sonra tankerlərdən və dəniz şelflərindən sızmalar baş verib. Bu proses biomüxtəlifliyə ciddi ziyan vurur, çünki Xəzər dənizi qapalı bir su hövzəsi olduğundan özünü bərpa etməkdə çətinlik çəkir. Bu baxımdan risklər çoxdur. Məsələn, nərəkimilərin kökünün kəsilməsi bir tərəfdən qeyri-qanuni və plansız ovla bağlıdır, digər tərəfdən isə ekoloji böhran, suyun çirklənməsi və zəhərlənmə səbəbindən, xüsusən Azərbaycan sektorunda balıqlar çəkilib Qazaxıstan ərazisinə. Orada balıqlar daha az ovlandığı üçün sayları nisbətən çoxdur".

Onun sözlərinə görə, region üçün risklər ciddi xarakter daşıyır.

"Bu məsələlər İran, Rusiya, Azərbaycan, Türkmənistan və Qazaxıstan arasında müzakirə olunmalıdır. Cənubi Qafqaz da bu prosesdən təsirlənə bilər. Xəzər dənizi böyük bir ekosistemdir və onun qorunması çox vacibdir. Problemlərin qarşısını almağın yeganə yolu insanlarda ekoloji mədəniyyətin formalaşmasıdır. Müharibə aparan güclər müharibəni dayandırmalı, İran isə bölgəyə raket zərbələri ilə təhdid yaratmamalıdır".

Qeyd edək ki, İsrail Xəzər dənizində İranın dəniz donanmasının tam məhv edildiyini açıqlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi