xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Məhərrəm ayı 30 gündür: çaşqınlıq yaradan səbəb - TƏQVİM

1-04-2026, 09:22 7 dəfə baxılıb

Məhərrəm ayı 30 gündür: çaşqınlıq yaradan səbəb - TƏQVİM


Azərbaycanda Məhərrəm ayı ilə bağlı yayılan tarixlər bəzi insanlar arasında çaşqınlıq yaradıb. Səbəb isə ayın müddəti ilə bağlı yanlış təsəvvürlərdir.

Belə ki, bu il ölkəmizdə Məhərrəm ayı iyunun 16-da başlayacaq. Ayın ən mühüm günü sayılan Aşura isə iyunun 25-nə təsadüf edir. Məhərrəm ayı iyulun 15-də başa çatacaq. Bu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəsmi saytında yer alan təqvimlərdə öz əksini tapıb.

Bir çox insanlar Məhərrəm ayının 40, hətta 60 gün davam etdiyini düşünür. Halbuki Məhərrəm ayı hicri-qəməri təqvimin ilk ayıdır və cəmi 29–30 gün davam edir. Tarixlər ayın görünməsindən asılı olaraq bir gün fərqlənə bilər.

Çaşqınlıq isə Məhərrəm və ondan sonrakı Səfər aylarının birlikdə qəbul edilməsindən yaranır. Azərbaycanda ənənəvi olaraq bu iki ay ərzində toy və digər şənliklər keçirilmir. Bu səbəbdən də insanlar bəzən bu dövrü vahid müddət kimi qəbul edir.

QMİ-nin təqviminə əsasən, bu il Səfər ayı iyulun 15-də başlayacaq və avqustun 13-də başa çatacaq. Beləliklə, Məhərrəm və Səfər ayları birlikdə təxminən iki ay davam edir.

Beləliklə, yayılan məlumatlarda hər hansı səhv yoxdur. Sadəcə olaraq, dini təqvimlə bağlı ənənəvi yanaşma bəzi yanlış anlaşılmalara səbəb olur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi