xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasındadır - “Global Terrorism Index 2026” açıqlandı

31-03-2026, 09:31 6 dəfə baxılıb

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasındadır - “Global Terrorism Index 2026” açıqlandı


“Global Terrorism Index 2026” (GTI) Hesabatı ilə dövlətlərin terror təhlükəsinə görə növbəti reytinq sıralanması təqdim edilib.

Ərazisində terrorçuluq fəaliyyəti və terror təhlükəsi ən yüksək olan ölkələr arasında ilk sıralara - 1.Pakistan (8.574), 2.Burkina Faso (8.324), 3.Niger (7.816) daxil edilib.

Qeyd olunan sıralamada Suriya (7.38) 6-cı, İsrail (6.79) 10-cu, Əfqanıstan (6.678) 11-ci, Hindistan (6.428) 13-cü, Rusiya (5.593) 17-ci, İran (5.477) 18-ci, ABŞ (4.521) 28-ci, Almaniya (4.447) 29-cu, Fransa (3.224) 35-ci, Türkiyə (3,212) 36-cı, Çin (1.311) 54-cü, İsveçrə (0.749) 67-ci, Birləşmiş Ərəb Əmirlikləri (0.749) 68-ci, Gürcüstan (0.506) 77-ci, Ermənistan (0.483) 81-ci yerdə qərarlaşıb.

Ötən ilin Hesabatına əsasən terror təhlükəsi üzrə qeyd olunan sıralamada “0.233” indekslə 90-cı reytinq mövqeyində olan Azərbaycan 2026-cı ildə üç reytinq də yüksələrək “0.123” indekslə 93-cü yerdə qərarlaşmış, 1-dən 100-dək artan mümkün reytinq həddində dünyada terrorla bağlı ən təhlükəsiz ölkələrdən biri kimi yüksək reytinqə sahiblənmişdir.

“Global Terrorism Index” (GTI) reytinq sıralanması indeksləri terror hadisələri, ölümlər, ağır nəticələr, girovlar, terrorçuluqla mübarizə, terrorçuluğun araşdırılması effektivliyi və digər çoxsaylı göstəricilər üzrə hesablamalara əsaslanır.

İqtisadiyyat və Sülh İnstitutu (Institute for Economics and Peace - İEP) tərəfindən dövri olaraq açıqlanan “Global Terrorism Index” hesabatları Birləşmiş Millətlər Təşkilatı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Dünya Bankı, digər beynəlxalq təşkilatlar və beynəlxalq akademik institutlar üçün istinad mənbəyi kimi çıxış edir. Hesabatlar eyni zamanda ölkələrə geniş iqtisadi infrastrukturda xarici investisiya yatırımları zamanı nəzərə alınan əsas mənbələrdən hesab olunur.

Beynəlxalq təşkilatların hesabatlarından göründüyü kimi, dini, siyasi, milli və digər zəminlərdə terror-təxribat təhdidlərinin yüksək olduğu kifayət qədər həssas və mürəkkəb geosiyasi məkanda yerləşsə də, uğurlu daxili və xarici dövlət siyasəti nəticəsində bərqərar olmuş inkişaf, əmin-amanlıq, o cümlədən terrorçuluğa qarşı mübarizə sahəsində təhlükəsizlik orqanları tərəfindən görülən effektiv işlər sayəsində Azərbaycan son illər dünyada çox yüksək daxili təhlükəsizlik reytinqinə sahiblənib.

Azərbaycan Respublikası Prezidentinin vurğuladığı kimi, təhlükəsizlik, sabitlik məsələləri hər hansı bir ölkənin gündəliyində heç vaxt olmadığı qədər bir nömrəli məsələ kimi qalmalıdır. Çünki bu olmadan bütün başqa səylər mənasızdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi