xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Bayram süfrəsində çox yeməyin qarşısını almaq üçün 5 sadə üsul

17-03-2026, 15:30 6 dəfə baxılıb

Bayram süfrəsində çox yeməyin qarşısını almaq üçün 5 sadə üsul


Bayram süfrəsində porsiya nəzarəti əsasən balans üzərində qurulmalıdır. Süfrəyə oturarkən məqsəd bədənin ehtiyacını dinləyərək yeməkdən zövq almaq olmalıdır.

Bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” efirində Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, terapevt Zakir Quliyev açıqlayıb.

Onun sözlərinə görə əvvəlcə boşqabı çox doldurmamaq, az-az götürüb ehtiyac olduqca artırmaq daha sağlam yanaşmadır: “Beyin toxluq siqnalını təxminən 15–20 dəqiqəyə verdiyi üçün tələsmədən yemək porsiyanın avtomatik olaraq artmasının qarşısını alır və artıq yemədən doymağı asanlaşdırır. Bayram süfrələrində çeşid çox olduğuna görə hər yeməkdən mütləq dadmaq məcburiyyəti yoxdur. Daha çox sevdiyin və bədəni qidalandıran yeməklərə üstünlük vermək, digərlərindən isə sadəcə dadımlıq götürmək kifayətdir. Yağlı, qızardılmış və ağır xörəklərlə boşqabı tam doldurmaq əvəzinə tərəvəz, salat və nisbətən yüngül yeməklərlə balans yaratmaq porsiya nəzarətini xeyli asanlaşdırır. Bu həm mədənin yüklənməsinin qarşısını alır, həm də bayramdan sonra yaranan ağırlıq hissini azaldır”.

Mütəxəssis-ekspert bildirib ki, şirniyyat məsələsində də eyni yanaşma vacibdir: “Böyük dilimlər yerinə kiçik pay seçmək və bir neçə növdən az miqdarda dadmaq həm psixoloji olaraq “özümü saxladım” hissi yaratmır, həm də ümumi şəkər və kalori qəbulunu nəzarətdə saxlayır. Şirniyyatı ac qarına yox, yeməkdən sonra və ya çayla birlikdə yemək qan şəkərinin daha stabilləşməsinə kömək edir. Maye qəbulu da porsiya nəzarətində gizli rol oynayır. Yeməkdən əvvəl və yemək zamanı kifayət qədər su içmək toxluq hissini artırır, insanın ehtiyacından artıq yeməsinin qarşısını alır. Eyni zamanda, qazlı və şəkərli içkilər iştahanı artıra bildiyi üçün onları məhdud saxlamaq daha məqsədəuyğundur. Ümumilikdə bayram süfrəsində porsiya nəzarəti qadağalarla deyil, diqqətli seçim, yavaş yemək və bədəni dinləməklə mümkün olur. Bu zaman bayram günlərində sağlamlıq qorunur”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi