xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

“Şamaxinka”dakı yerüstü keçid sökülür? - RƏSMİ

16-03-2026, 12:11 7 dəfə baxılıb

“Şamaxinka”dakı yerüstü keçid sökülür? - RƏSMİ


Bakının “Şamaxinka” adlanan ərazisində yerləşən yerüstü keçid istifadəyə verildiyi vaxtdan bəri müzakirələrə səbəb olub.

Bunun səbəbi keçidin üzərinin açıq olması və liftlərin işləməməsidir. Körpüdən istifadə edən sərnişinlər yağışlı, küləkli və isti hava şəraitində keçidin üzərinin açıq olmasından dolayı narazılıq edirlər.

Digər tərəfdən liftlərin əksər vaxt işləməməsi yaşlı, əlilliyi olan və hamilə qadınlar üçün keçiddən istifadəni mümkünsüz edir.

Yaxın vaxtlarda “Şamaxinka” da hərəkətin yenidən təşkil edilməsi və işıqforların quraşdırılması piyadalar üçün yolun keçilməsini asanlaşdırıb.

Bu da onsuz da istifadəsi əlverişsiz olan yerüstü keçidin sökülüb-sökülməyəcəyi mövzusunu gündəmə gətirib.

Ölkə.Az suala cavab tapmaq üçün Azərbaycan Avtomobil Yolları üzrə Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanlayıb. Qurumdan sorğumuza cavab olaraq piyada keçidi ilə bağlı dəyişiklik olub-olmayacağı məsələsinə aydınlıq gətirilib:

“Sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tənzimlənib. Mövcud piyada keçidi isə piyadaların həmin hissədə avtomobil yolunu daha rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədi daşıyır.

İntensiv nəqliyyat axını olan ərazilərdə piyadaların təhlükəsizliyinin qorunması əsas prioritetlərdən biridir. Yerüstü piyada keçidi də məhz bu məqsədlə quraşdırılıb və piyadaların hərəkət hissəsinə çıxmadan yolu keçməsinə imkan yaradır.

Bu səbəbdən hazırda həmin ərazidə mövcud yerüstü piyada keçidinin sökülməsi və ya ərazi üzrə əlavə dəyişikliklərin edilməsi nəzərdə tutulmur”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi