xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Sərhədimizdə 8000-ci PLAN – “Revizor”lar hələ də nə axtarır...

13-03-2026, 14:22 12 dəfə baxılıb



Avropa İttifaqının (Aİ) müşahidəçiləri Ermənistan-Azərbaycan sərhədində 8000-ci patrul missiyasını qeyd ediblər. Musavat.com yazır ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanmasından 7 ay ötdükdən sonra Avropa İttifaqı missiyasının iki ölkənin şərti sərhədində hansı atəşkəs rejiminin monitorinqini apardıqları sual doğurur.

Faktiki olaraq, həm Azərbaycan, həm də Ermənistan rəhbərliyi şərti sərhəddə atəşkəs rejiminə tam əməl edildiyini və sülh şəraitinin hökm sürdüyünü dəfələrlə bəyan edib. Azərbaycanla Ermənistan arasında tranzit yüklərin daşınması və birbaşa ticarətin bərpasını bura əlavə etsək, avropalı müşahidəçilərə, ümumiyyətlə, ehtiyac qalmır. Son günlər Azərbaycan Ermənistana növbəti 1984 ton və ya 31 vaqon dizel yanacağı göndərib. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ötən ay verdiyi açıqlamada Avropa İttifaqının mülki missiyasının qalmaqda davam etməsini istədiklərini deyib. Bu da öz növbəsində “Ermənistan sülh istəyirsə, müşahidə missiyasını saxlamağa ehtiyac varmı” sualını doğurur.

Üstəlik, Aİ Şurası prezidenti Koşta Bakıya gəldiyi halda, Brüsselin bu patrul oyunu nəyə hesablanıb?

Deputat Elşad Musayev Musavat.com-a açıqlamasında "mülki missiya"nın əsas məqsədinin Rusiya ilə bağlı olduğunu bildirib. Onun sözlərinə görə, Avropa İttifaqı Azərbaycanla şərti sərhəddə vəziyyəti bəhanə edərək özünün Cənubi Qafqazda, xüsusən Rusiyanın güclü təsiri olan Ermənistanda hərbi mövcudluğunu təmin edir: "Bilirsiniz ki, Avropa İttifaqı Şurasının prezidenti cənab Koşta Bakıda səfərdə oldu və Azərbaycanla əməkdaşlıq müzakirə edildi. Brüssel Bakı ilə əlaqələri genişləndirməkdə maraqlıdır. Lakin heç bir əsas olmadan özünün jandarm qüvvələrini Ermənistan ərazilərində saxlayır. Halbuki real sülh olduğunu bilirlər və monitorinq missiyası gərəksizdir. Sadəcə, Rusiyanın uzun müddət təsir zonası olmuş və indi də olan Ermənistanda Qərb öz nüfuzunu artırmağa çalışır”.

Deputat qeyd edib ki, bu missiya ATƏT-in Minsk Qrupunun aqibətini yaşamağa yaxındır və fərqli nəticə gözləmir:

“Çünki regionda dayanıqlı sülh istiqamətində addımlar atılır. Artıq sərhəddə heç bir atışma yoxdur. Bu halda müşahidə qrupuna nə ehtiyac var? Ona görə də bu məsələ tez-tez gündəmə gətirilməli və tələb qoyulmalıdır. Bu avropalı müşahidəçilər bizim ərazilərimizi izləməklə nəyi görmək istəyirlər? Üstəlik, onların fəaliyyətinin uzadılması Azərbaycanla razılaşdırılmayıb. Prezident İlham Əliyev də bəyan edib ki, Avropa müşahidəçiləri pərdəsi altında Azərbaycanla Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradılıb. Məlumdur ki, həmin “missiya” sərhəddə kəşfiyyat məqsədilə fəaliyyət göstərir və təxribatlar törədir. Azərbaycanı haqlı olaraq narazı salan hal ondan ibarətdir ki, Aİ missiyası Azərbaycanın razılığı olmadan fəaliyyət göstərir, tərkibi genişlənir”.

E.Musayevin fikrincə, Ermənistan hələ də anlamır ki, bu missiyanın fəaliyyəti sülh prosesinə zərər verir: “Üçüncü qüvvənin iki ölkənin sərhədində olması vəziyyətin gərginləşdirilməsinə, Avropa İttifaqının bütövlükdə Cənubi Qafqazda hərbi amil kimi meydana çıxmasına xidmət edir. Missiyanın 2027-ci il fevralın 19-dək regionda qalması Ermənistana heç nə qazandırmayacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi