xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

“Banklar və bəzi qurumlar bazar günü işləsin” - Tıxacın həlli üçün təklif

26-12-2025, 12:09 4 dəfə baxılıb

“Banklar və bəzi qurumlar bazar günü işləsin” - Tıxacın həlli üçün təklif


“Tıxac probleminin həlli üçün daha yeni istiqamətlər düşünməliyik. Bəzi ölkələrdə iş saatları səhər 7-də başlayır və 16:00-da başa çatır”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən iclasında bildirib.

Deputat qeyd edib ki, bəzi müəssisələrin bazar günü iş rejiminə keçməsi mümkün ola bilər:

“Məsələn, banklar və başqa sektorlar iş günü çalışmaya bilərlər. Bu yaxınlarda yayımlanan bir reportajda dövlət qulluqçularından biri müsahibəsində qeyd etmişdi ki, “mən 8 saat rəsmi işlə işləyirəm, 4 saat isə tıxac üçün işləyirəm”.

“İnsanların böyük əksəriyyəti işə çatmaq üçün evdən 2 saat əvvəl çıxır, geri qayıdarkən də 2 saat vaxt itirir. Ona görə Bakının tıxac problemi həll olunana qədər vətəndaşların vəziyyətini yüngülləşdirmək üçün müəyyən addımlar ata bilərik. Əgər bir insan sübut edirsə ki, işə gəlmək üçün yolda 2 saat vaxt itirir, heç olmasa ona işdən 1 saat tez çıxmaq imtiyazı nəzərdə tutulmalıdır. Bu, həm insanların işə daha keyfiyyətli yanaşması, həm də ümumi əmək məhsuldarlığı baxımından olduqca faydalıdır. Düşünürəm ki, hazırda Bakının tıxac probleminin həlli doğrudan da çətindir. Avtobusların hərəkəti və digər nəqliyyat məsələləri tənzimlənməlidir”, - parlamentari əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi