xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Məzuniyyətə çıxan işçilərin maaşı ilə bağlı yeni QAYDA

10-12-2025, 14:55 5 dəfə baxılıb

Məzuniyyətə çıxan işçilərin maaşı ilə bağlı yeni QAYDA


İşçinin məzuniyyətdə olduğu müddətdə aldığı əməkhaqqının sonuncu əməkhaqqısından az olmamaqla ödənilməsi ilə bağlı Əmək Məcəlləsinə tənzimləmə gətirilir.

Bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev Əmək və sosial siyasət komitəsinin iclasında Əmək Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı bildirib.

O qeyd edib ki, 120-ci maddə yeni redaksiyada verilərək məzuniyyət hüququ 46 təqvim günü olan xüsusi xidmətli işçilərin dairəsi yenilənib: “Gender bərabərliyinin təmin edilməsi məqsədilə uşağın doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilməsi nəzərdə tutulması ilə bağlı 125-ci maddənin 4-cü hissəsində norma müəyyən edilib.
Təcrübədə yaranan uyğunsuzluqların aradan qaldırılması məqsədilə Məcəllənin 177-ci maddəsində həmin maddənin 2-ci və 3-cü hissələrində göstərilən hallarda hesablanmış birgünlük əməkhaqqı qismən ödənişli sosial məzuniyyətdə və işəgötürənin təşəbbüsü ilə ödənişsiz məzuniyyətdə olması, eləcə də işçinin təqsiri olmadan boşdayanma səbəblərindən işçinin sonuncu birgünlük əməkhaqqsından az olduğu halda sonuncu birgünlük əməkhaqqının tətbiq edilməsi ilə bağlı dəyişiklik edilib”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi