xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

“Şamaxinka”da nəqliyyat sxemi dəyişdirilir - YENİLİK

28-11-2025, 12:34 6 dəfə baxılıb

“Şamaxinka”da nəqliyyat sxemi dəyişdirilir - YENİLİK


Nəqliyyat axınlarının nizamlanması və yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Moskva prospektinin "Şamaxinka" adlanan yol sahəsində hərəkətin təşkilində dəyişikliklər edilir.

Bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, 20 Yanvar küçəsinin Moskva prospekti və Asif Məhərrəmov küçəsi arasındakı hissəsində iki yol sahəsi mövcud olduğuna baxmayaraq biri istifadə olunmadığından kəsişmənin tutumu və buraxıcılıq qabiliyyəti aşağı düşür. İstifadəsiz qalan yol sahəsində isə mövcud qanunsuz parklanma halları hərəkət iştirakçılarının nizamlı və fasiləsiz hərəkətinə ciddi maneə yaradır.

Eyni zamanda, Moskva prospektinin "Şamaxinka" adlanan ərazisində hər iki istiqamət üzrə mövcud olan geriyədönmə yerlərindən istifadə edən nəqliyyat vasitələrinin və prospekt üzrə əsas axında hərəkət edən avtomobillərin trayektoriyası toqquşur. Bu nöqtələrdə hərəkət yalnız yol nişanları ilə tənzimlənir.

Nəticədə geriyədönmə edən avtomobillər əsas axına daxil olarkən yolda ciddi maneə və sıxlıq yaranır, zolaq dəyişən sürücülər və əsas istiqamətdə hərəkət edən nəqliyyat vasitələri arasında toqquşma riski artır. Pik saatlarda isə prospektin bu hissəsində axın sürəti əhəmiyyətli dərəcədə azalır.

Layihə hazırlanarkən "Rəqəmsal əkiz" üzərindən simulyasiyalar aparılıb.

Reallaşdırılan layihəyə əsasən, 20 Yanvar və Asif Məhərrəmov küçələrinin kəsişməsində nəqliyyat adacıqları təşkil ediləcək. Beləliklə, 20 Yanvar küçəsinin Moskva prospekti və Asif Məhərrəmov küçəsi arasındakı və ona paralel hissədə birtərəfli hərəkət təmin olunacaq. Bununla da həmin yol sahəsinin səmərəliliyi dəfələrlə artacaq, kəsişmənin buraxıcılıq qabiliyyəti yüksələcək. Dəyişikliklər nəticəsində 20 Yanvar küçəsinə paralel yerləşən küçədə mövcud qanunsuz parklanma halları aradan qaldırılacaq və 4-cü mikrorayondan Moskva prospekti istiqamətində hərəkət etmək istəyən nəqliyyat vasitələri bu yola yönləndiriləcək.

Layihənin icrası ilə Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişmələrində, həmçinin bu kəsişmələrin yaxınlığında yerləşən geriyədönmə yerində hərəkət növbəliliyi işıqforla tənzimlənəcək.

Sözügedən yol sahəsində dayanacaq məntəqələrinin yerinin optimallaşdırılması da həyata keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi