xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:26 – Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə 
  • 09:00 – Prezident İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir 
  • 20:22 – Molla rejimini vəlvələyə salan çıxış - Sərhəddən çəkilirlər 
  • 20:17 – Prezidentin Təhlükəsizlik Şurasında çıxışının - Videosu 

Azərbaycanda şəhid adı ilə “dəfn edildi”, 40 gün sonra ortaya çıxdı – VİDEO

14-01-2020, 10:58 69 dəfə baxılıb

Azərbaycanda şəhid adı ilə “dəfn edildi”, 40 gün sonra ortaya çıxdı – VİDEO


İsmayıllı rayonunda maraqlı hadisə yaşanıb.
1992-ci ildə Qarabağ döyüşlərində iştirak edən Şəbyan kənd sakini, 48 yaşlı Zöhrab Həmzəyevin şəhid olması xəbəri gəlib.
Meyit tanınmaz halda olduğundan onu həmin şəxsin meyiti kimi qəbul edib və dəfnini həyata keçiriblər.
Ancaq üzərindən 40 gün keçdikdən sonra Zöhrab Həmzəyev özü kəndə qayıdıb və işin üstü açılıb.
Zöhrab Həmzəyev 1992-ci ildə Qarabağda gedən döyüşlərində iştirak edib.
O, döyüşdə olan vaxt kənddə valideynlərinə xəbər gəlib ki, Zöhrab şəhid olub.
Kəndə gətirilən bir meyit Zöhrabın meyiti kimi qəbul olunub və şəhid kimi rayonda şəhidlər məzarlığında dəfn edilib.
Zöhrabın özünün də bundan rayona qayıdanda xəbəri olub.
O, qardaşı ilə birgə kəndə qayıdıb. Bu vaxt ailəsi onun 40 mərasiminə hazırlaşırmış.
Onu görən ailə üzvləri və kənd sakinləri şoka düşüblər.
Kənd sakinləri deyirlər ki, meyit gələndə tanınmaz vəziyyətdə olub.
Üz nahiyəsindən Zöhraba oxşadığından elə də qəbul olunub.
Sonradan həmin məzarın başdaşından Zöhrabın adı götürülüb.
Dəfn olunanın kimliyi bilinmədiyindən üzərinə “Naməlum əsgər” yazılıb.



/XəzərTv/






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
 Valyuta məzənnəsi