xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Cərimələrlə bağlı yenilik olacaq - Sürücülərin diqqətinə!

20-05-2025, 12:19 4 dəfə baxılıb

Cərimələrlə bağlı yenilik olacaq - Sürücülərin diqqətinə!


Sürücülərin məsuliyyətə cəlb olunması ilə bağlı qanunvericiliyə dəyişiklik olunur.

Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə əsasən, Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalara (Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalara) görə inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxsin inzibati məsuliyyətə cəlb olunması istisna edilib.

Layihədə 45-ci maddəyə təklif edilən dəyişikliyə görə, qərarların icrasının sürətləndirilməsi, elektron sistemlərin effektivliyinin artırılması məqsədilə təkcə Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulan inzibati xətalara görə deyil, eyni zamanda digər inzibati xətalara görə inzibati tənbeh vermə haqqında elektron qərar, habelə səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən nömrələnmiş blanklarda tərtib edilmiş qərar 24 saat müddətində şəxs üçün yaradılan elektron kabinetdə yerləşdirilmədiyi halda da şəxs inzibati məsuliyyətə cəlb olunmayacaq.

Həmçinin qeyd olunan məqsədlərə nail olmaq üçün layihədə 45-ci maddənin yeni redaksiyada verilərək səlahiyyətli orqanlar (qurumlar)tərəfindən baxdıqları inzibati xətalar haqqında işlər üzrə qərarlar (qərardadlar) və protokollar barədə Məcəllə ilə müəyyən edilmiş məlumatların özlərinin informasiya sistemlərinə 24 saat ərzində və 45-ci maddədə nəzərdə tutulan digər hallarda isə dərhal yerləşdirilməsi ilə bağlı müddəaların əlavə edilməsi də təklif edilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi