xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar

10-05-2025, 11:19 4 dəfə baxılıb

Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar


İtaliyanın paytaxtı Romadakı məşhur “MAXXI” XXI Əsrin Milli İncəsənət Muzeyində MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin təqdimatı olub.

“Sərginin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.

MAMA “Ana təbiət” incəsənət layihəsi debütünü 2024-cü ilin noyabrında Bakıda keçirilən COP29 çərçivəsində Heydər Əliyev Mərkəzində edib. Sərgi iqlim dəyişiklikləri üzrə mesajı dünyaya yaymaq məqsədilə ilk olaraq Bəhreyndəki təqdimatla səyahətə başlayıb. Bəhreyndən sonra Romada təqdim edilən layihə müasir rəssamlar qrupunun heyrətamiz yaradıcılığının nümayişidir.

MAMA “Ana təbiət” beynəlxalq incəsənət layihəsi Azərbaycan da daxil olmaqla, 28 ölkədən - ABŞ, Almaniya, Böyük Britaniya, Braziliya, Cənubi Koreya, Gürcüstan, Hindistan, İspaniya, İsrail, Latviya, Pakistan, Rusiya, Türkiyə, Ukrayna və digərlərindən 55 fərqli sənətkarı bir araya gətirərək incəsənət vasitəsilə planetimizi gələcək nəsillər üçün qorumağa çağırır. Burada fərqli instalyasiya, rəsm və multimedia nümunələri vasitəsilə müasir dövrün ekoloji və sosial problemləri ilə səsləşən hekayələr təqdim edilir. Layihə bəşəriyyət və təbiət arasındakı zəngin və mürəkkəb münasibətləri ön plana çəkir. Ekspozisiyadakı hər bir incəsənət əsəri insanın təbiətlə dərin bağlılığına bir mesajdır. Həmin mesajın məqsədi Yer kürəsini təkcə ilham mənbəyi kimi deyil, həm də həyat üçün zəruri qidalandırıcı qüvvə kimi təqdim etməkdir.

Ekspozisiya dünya səyahəti zamanı insanla təbiət arasındakı ayrılmaz bağlılığı vurğulayır və ana fiqurunu həm mənəvi, həm də fiziki mənada həyatın əsas mənbəyi kimi ön plana çıxarır. Sərgi izləyiciləri təbiətə qarşı məsuliyyət, qayğı və ekoloji yenilənmənin zəruriliyi barədə düşünməyə dəvət edir.

MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi Romanın “MAXXI” XXI Əsrin Milli İncəsənət Muzeyində mayın 14-dək davam edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi