xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

“188 yükdaşıma xidməti” işçilərinin əmək haqlarını vermir — VİDEO

20-12-2019, 10:00 92 dəfə baxılıb

“188 yükdaşıma xidməti” işçilərinin əmək haqlarını vermir — VİDEO


Bakıda yükdaşıma şirkəti işçilərinin əmək haqlarını vermir. Üstəlik şirkət işçilərin hərbi biletlərini, diplomlarını da girov saxlayır.
Xəzər TV xəbər verir ki, bu iddiaları elə həmin şirkətdə sürücü işləyən şəxslər səsləndirib.

Bildiriblər ki, onlar uzun müddətdir “188 yükdaşıma xidməti”ndə sürücü kimi çalışırlar. Son vaxtlar şirkət onların əməkhaqlarını verməyib. Buna etiraz edərək işdən çıxan sürücüləri şirkət bu dəfə sənədlərini verməməklə cəzalandırıb.

30-a yaxın işçinin diplom, hərbi bilet və bu kimi vacib sənədləri şirkət tərəfindən girov saxlanılıb.

Səsləndirilən bu iddialarla bağlı “188 yükdaşıma xidməti”nin qarajına üz tutduq.
Həmin ünvanda rəhbərliyin olmadığını dedilər və qapıları üzümüzə bağladılar. Daha sonra qarajın rəisi Rəşad Mustafayevlə telefon vasitəsi ilə əlaqə saxladıq. O, açıqlamasında iddiaların əsassız olduğunu bildirdi.

Qeyd edək ki, zərərçəkmişlər artıq faktla bağlı Nizami rayonu 24-cü polis şöbəsinə də müraciət ediblər. Onların hər birinin izahatı alınıb və məsələnin araşdırılacağı bildirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi