xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Bu gün Bakının 10 rayonu və Abşerona içməli suyun verilib-verilməyəcəyi bilinmir - AÇIQLAMA

21-08-2024, 13:08 5 dəfə baxılıb

Bu gün Bakının 10 rayonu və Abşerona içməli suyun verilib-verilməyəcəyi bilinmir - AÇIQLAMA


Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə bağlı artıq üçüncü gündür ki, Bakının 10 rayonunda və Abşeronda içməli suyun verilməsində fasilə yaranıb.

Oxu.az-ın yazdığına görə, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin rəsmi məlumatında bildirilirdi ki, avqustun 19-u səhər başladılan təmir-bərpa işləri avqustun 20-si axşam saatlarında yekunlaşacaq və avqustun 21-dən suyun əvvəlki rejimlə verilməsi təmin olunacaq.

Bu gün paytaxtda içməli suyun əvvəlki rejimlə verilməsinin təmin olunub-olunmayacağı ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladıq.

Xidmətin mətbuat katibi Ceyhun Musaoğlu Oxu.Az-ın sorğusuna cavab olaraq bildirdi ki, suyun bu gün verilib-verilməyəcəyi hələ ki dəqiq deyil:
"Dəqiq məlum deyil. Hadisə yerində intensiv, sürətli, fasiləsiz təmir işləri aparılır".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi