xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

“İnsanlar qapısı açıq avtobusdan xəmir kimi daşırlar” - Fotolar

18-11-2019, 11:41 72 dəfə baxılıb

“İnsanlar qapısı açıq avtobusdan xəmir kimi daşırlar” - Fotolar

“Hər səhər 29 nömrəli marşrut avtobusu qapısı açıq şəkildə hərəkət edir, insanlar da içindən acımış xəmir kimi daşırlar”.

Bu sözləri “Qafqazinfo”ya şikayətində Nəsimi rayon sakini Gülnarə Abbasova deyib. Şikayətçi bildirib ki, hər gün işə Badamdar-Avtovağzal marşrutu ilə işləyən 29 nömrəli avtobusla gedir:

“Ancaq buna getmək demək olmaz. Mənzil başına çatana kimi sıxlıqdan bütün əsəblərimiz korlanır. Elə gün yoxdur ki, avtobus qapıları açıq hərəkət etməsin. Hər an insanların ölüm təhlükəsi var, buna səssiz qalmaq olmaz”.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev “Qafqazinfo”ya bildirib ki, şikayət əsasında hazırda araşdırma aparılır. Marşrut xətti üzrə daşıyıcı şirkət mərkəzə çağırılaraq ona sərnişinləri narahat edən məqamlarla bağlı xəbərdarlıq ediləcək.

“İnsanlar qapısı açıq avtobusdan xəmir kimi daşırlar” - Fotolar“İnsanlar qapısı açıq avtobusdan xəmir kimi daşırlar” - Fotolar“İnsanlar qapısı açıq avtobusdan xəmir kimi daşırlar” - Fotolar






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi