xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

DYP əhaliyə müraciət edib

12-09-2023, 14:34 20 dəfə baxılıb

DYP əhaliyə müraciət edib


Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yeni tədris ilinin başlanması ilə əlaqədar əhaliyə müraciət edib.

Müraciətdə deyilir:

"Ölkəmizdə yeni dərs ilinin başlanması küçə və yollarda təhsilalanların, xüsusilə uşaq və yeniyetmələrin yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunması işində daha effektiv tədbirlərin görülməsini zəruri edir.

Daxili İşlər Nazirliyinin müvafiq göstərişinə əsasən, bu sahədə ardıcıl həyata keçirilən nəzarət-profilaktik tədbirlərin daha da gücləndirilməsi məqsədilə sentyabrın 10-dan oktyabrın 10-dək respublika ərazisində “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığının keçirilməsinə başlanılıb.

Tədbir çərçivəsində təhsilalanların iştirakı ilə baş verə biləcək yol qəzalarının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin gücləndirilməsi, onların hərəkət marşrutlarında, eləcə də təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə yol şəraitinin müayinə edilməsi, mövcud yol nişanlarının, nişanlama xətlərinin yenilənməsi, yeni nizamlama vasitələrinin tətbiq edilməsi, bununla yanaşı, uşaq və yeniyetmələr arasında maarifləndirmə və tərbiyəvi-təbliğat xarakterli tədbirlərin gücləndirilməsi, eləcə də bu sahədə media subyektlərinin, qeyri-hökumət təşkilatlarının imkanlarından geniş istifadə olunması nəzərdə tutulur.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi yeni tədris ilinin başlaması ilə əlaqədar bütün təhsil ictimaiyyətinə uğurlar arzu edir, eyni zamanda yollarda uşaq travmatizminin minimuma endirilməsi istiqamətində hər birimizi ictimai iştirakçılığa və yol hərəkəti qaydalarına riayət etməkdə azyaşlılara şəxsi nümunə olmağa dəvət edir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi