xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

DYP-dən hava şəraiti ilə əlaqədar sürücülərə MÜRACİƏT

20-05-2022, 12:36 209 dəfə baxılıb

DYP-dən hava şəraiti ilə əlaqədar sürücülərə MÜRACİƏT


Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.

BDYPİ-dən daxil olan müraciətdə deyilir:

“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, sabah səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, yağış yağacağı bəzi yerlərdə güclü külək əsəcəyi ehtimal edilir.

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar avtomobil yollarında yarana biləcək qəzaların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən diqqətli olmağı və yol hərəkəti qaydalarına riayət etməyi xahiş edir.

Yağışlı havada yol örtüyünün yaş olması səbəbindən avtomobillərin sürüşmə ehtimalı yüksək olduğundan sürücülər yol və meteoroloji şəraiti nəzərə alaraq sürət həddini minimuma endirməli və kifayət qədər ara məsafəsi saxlamalıdırlar. Bununla yanaşı, nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarını təmiz saxlamalı, şüşə silgəcləri və şüşəyuyanların, işıq cihazlarının saz vəziyyətdə olmasına nəzarət etməlidirlər.

Küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğu unudulmamalı, qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daşıdıqları yükün qablaşdırılmasına diqqət yetirməlidirlər.

Piyadalar da ehtiyatlı olmalı, səki ilə hərəkət etməklə avtomobil yoluna çıxmamalı, yolları onların rahat hərəkəti üçün ayrılmış piyada keçidlərindən keçməlidirlər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi