12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir
11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız”
10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq”
10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident
Laçın şəhərinə növbəti köç... - FOTOLAR
25-06-2023, 09:56
28 dəfə baxılıb
Bu gün daha bir neçə ailə Laçın şəhərinə yola salınıb.
"AzərTac" xəbər verir ki, daha 53 nəfərdən ibarət 15 ailə doğma yurduna geri dönür.
Növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçına yola salınıb. Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Bununla da Laçın şəhərində 70 ailə, yəni 266 nəfərin daimi məskunlaşması təmin edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: