xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

DYP əhaliyə müraciət edib

3-04-2023, 11:06 17 dəfə baxılıb

DYP əhaliyə müraciət edib


Keçən il respublika üzrə qaçırılan nəqliyyat vasitələrinin sayı ötən illə müqayisədə 14 fakt azalaraq 181-ə qarşı 167 olub, görülən tədbirlər nəticəsində onlardan 164-ü isti izlərlə tapılıb.

Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, respublikanın rayonlarında qaçırılan 73 avtomobildən 72-si, Bakı şəhəri üzrə qaçırılan 94 avtomobildən 92-si tapılıb.

Nəqliyyat vasitələrinin qaçırılması hallarına qarşı aparılan mübarizə tədbirlərinin statistikası uğurlu nəticələrdən xəbər versə də, təhlillər göstərir ki bu qəbildən olan hüquqpozmaların baş veməsinə münbit şərait yaradan bir sıra amillər də mövcuddur. Belə ki, bu növ cinayətlərin obyekti əsasən sutkanın qaranlıq vaxtı yaşayış zonalarından kənarda, işıqlandırılmayan yol sahələrində saxlanılan, səsli həyəcan siqnalı ilə təchiz edilməyən, kilit sistemi zəif olan, habelə asan hərəkətə gətirilən (əsasən Rusiya Federasiyasının istehsalı olan, eləcə də istehsal ili köhnə olan) nəqliyyat vasitələri olur ki, bu da sonradan xoşagəlməz nəticələrə gətirib çıxarır.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi avtomobil sahiblərinə və sürücülərə müraciət edərək onları bu kimi cinayətlərin qarşısının alınması, eləcə də əmlakın hüquqazidd əməllərdən qorunması üçün nəqliyyat vasitələrini park edərkən, yaxud dayanma-durma zamanı yuxarıda göstərilən hallara diqqət yetirməyə çağırır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi