xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:09 – İlham Əliyev Kremldədir - Video 
  • 09:37 – İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO 
  • 13:41 – Prezident Milli Qəhrəman Natiq Qasımovdan danışdı 
  • 13:36 – Prezident: İrəvan sülh istəyirsə, günahkarları cəzalandırmalıdır 

Bu gün Azərbaycan və Serbiya arasında əlaqələr yüksələn xəttlə inkişaf edir

24-12-2022, 10:04 92 dəfə baxılıb

Bu gün Azərbaycan və Serbiya arasında əlaqələr yüksələn xəttlə inkişaf edir



Azərbaycanın Balkan dövlətlərinin əksəriyyəti ilə sıx əlaqələri var. Bu sırada Serbiya ilə münasibətlər xüsusilə təqdir olunmalıdır. Xüsusən son 10 ildə ikitərəfli əlaqələr əhəmiyyətli dərəcədə inkişaf edib, müxtəlif sahələrdə əməkdaşlığın əsası qoyulub. Təbii ki, bu məsələdə dövlət başçılarının qarşılıqlı səfərləri, ikitərəfli hüquqi bazanın gücləndirilməsi əhəmiyyətli rol oynayıb. Serbiya Prezidenti Aleksandar Vuçiçin dekabrın 21-də ölkəmizə işgüzar səfəri bir daha iki dövlət arasındakı yüksək siyasi əlaqələrin təsdiqi oldu. Səfər çərçivəsində hər iki ölkənin dövlət başçılarının təkbətək görüşləri keçirilib, mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycan və Serbiya prezidentlərinin çıxışlarında səslənən fikirlərin ümumiləşdirilmiş məntiqi ondan ibarətdir ki, Azərbaycan-Serbiya əlaqələri dostluq və qarşılıqlı anlaşma üzərində qurulub.
Ölkələrimiz arasında diplomatik münasibətlər hələ 1997-ci il avqustun 21-də qurulub. Bu gün Azərbaycan və Serbiya arasında əlaqələr yüksələn xəttlə inkişaf edir. Ölkələrimiz arası əlaqələrin inkişafı baxımından 2022-ci il zirvə nöqtəsi təşkil edir. Cari ildə Prezidentlərimiz 4 dəfə görüş keçirmiş, ölkələrimiz arası münasibətlərin inkişafı baxımından bir çox məsələlər müzakirə olunaraq imzalarla təsdiq olunmuşdur. Belə ki, 2022-ci ildə Serbiya ilə ticarət dövrüyyəmiz 2021-ci ilə nisbətən 28%-ə qədər artmışdır.
Azərbaycan və Serbiya öz resurslarına arxalanan, müstəqil siyasət yürüdən ölkələrdir. Bu mənada, bu gün bir-biri ilə sıx əlaqədə olan Azərbaycan və Serbiyanın gələcək əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi üçün mühüm amillər mövcuddur. Serbiyanın Azərbaycanda 4 şirkəti qeydiyyatdan keçmişdir. Azərbaycanın AzVirt şirkəti Serbiyada yol infrastrukturunun yenidən qurulmasında iştirak edir. O cümlədən, SOCAR-ın Serbiyada neft-kimya sənayesinin inkişaf etdirilməsində iştirakı məslələri də gündəmdədir. Serbiya Azərbaycandan yaxın zamanlarda qaz və elektrik enerji idxal etməklə özünün enerji təhlükəsizliyini təmin etmiş olacaq. Qara dənizin dibi ilə çəkiləcək yüksək gərginlikli elektrik xətti və ona paralel inşası nəzərdə tutulan rəqəmsal xətt ölkələrimiz arası iqtisadi əlaqələrin genişlənməsinə yol açacaq.
Serbiya ilə siyasi münasibətlərimiz çox yüksəkdir. Əlbəttə ki, ən geniş və mühüm əməkdaşlıq sektorlarından birini də energetika sahəsi təşkil edir. Hazırda Avropaya qaz nəqlini həyata keçirən Azərbaycanın Serbiya ilə həm təbii qaz, həm də elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanları var. Bu gün 22 milyard kubmetr qaz ixrac edən Azərbaycan gələcək illər ərzində potensialını 35 milyard kubmetrə qədər artıracaq. Serbiya da öz növbəsində 2023-cü ildə qaza olan tələbatının 40 faizə qədərini Azərbaycan hesabına bağlamağı planlaşdırır. Bu məqamda elektrik enerjisinin ixracı və idxalı sahəsindəki əməkdaşlıq münasibətlərini qeyd etmək lazımdır. Çünki Serbiyanın elektrik enerjisinə olan tələbatının 10 faizini də idxal edir. Qış aylarında isə bu rəqəm 30 faizə qədər artır.
Bir sözlə, ölkələrimiz arasında mövcud olan münasibətlər, bunun inkişafı meyilləri belə bir proqnozla çıxış etməyə əsas verir ki, Azərbaycan-Serbiya əlaqələri yaxın gələcəkdə daha da inkişaf edəcək və bütövlükdə regionda sülhə, sabitliyə, demokratik inkişafa, sosial-iqtisadi yüksəlişə təkan verəcəkdir. Serbiya prezidenti Aleksandr Vuçiçin Bakıya səfəri və Belqradda imzalanmış sənədlərin icrası ilə bağlı bir daha müzakirələrin aparılması ölkələrimiz arası münasibətlərin inkişafında maraqlı olduğumuzun göstəricisidir.


Mahirə Məlikova,
Salyan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor müavini






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
 Valyuta məzənnəsi