xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Memar: "Quraşdırılan hər hansı konstruksiyalar Qala divarlarından hündür olmamalıdır"

29-04-2019, 10:49 90 dəfə baxılıb

Memar: "Quraşdırılan hər hansı konstruksiyalar Qala divarlarından hündür olmamalıdır"


Tarixi abidələrin ətrafında aparılan müasir memarlıq işləri yüksək keyfiyyətlə həyata keçirilməlidir. BEŞ.AZ bildirir ki, bunu Trend-ə memarlıq üzrə elmlər doktoru, professor Elçin Əliyev deyib.Memarın sözlərinə görə, tarixi divarların qarşısında hansısa müasir memarlıq nümunəsi tikilə bilər, lakin bu, həmin abidəyə xələl gətirməməlidir: "Müasir memarlığın Bakıda tətbiqi yaxşı haldır, amma bu üslub standartlara uyğun olmalıdır".

E.Əliyev qeyd edib ki, İçərişəhərdə tikilən müasir iaşə obyektləri ilə bağlı problem məlumatsızlıqdan qaynaqlanır: "Əslində hər hansı şəhərdə müvafiq iş gedərkən tikintinin qarşısında lövhə quraşdırılmalıdır. Bu lövhədə layihənin hansı məqsəd daşıdığı, müəllifin kim olduğu və tikintinin yekun görüntüsü yer almalıdır".

Memar bildirib ki, quraşdırılan hər hansı konstruksiyalar Qala divarlarından hündür olmamalıdır:

"Qala divarları İçərişəhərin ən önəmli rəmzidir. Turistlər xüsusilə bu qədim divarları görməyə gəlirlər. Divarları turistlərdən və sakinlərdən gizlətmək olmaz. Bildiyimiz kimi, yaxın keçmişdə metronun "İçərişəhər" stansiyasının sovet dövründə tikilmiş girişi söküldü. Çünki bu tikili tarixi Qala divarlarını qarşısını bağlayırdı".Xatırladaq ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva aprelin 26-da İçərişəhəri ziyarət edərək Kiçik Qala küçəsində yerləşən ictimai iaşə obyektlərində aparılan konstruksiya işləri ilə yerində tanış olaraq, həmin obyektlərdə uzun illər çalışan bir qrup sahibkar, həmçinin İçərişəhər sakinləri ilə görüşüb.

Baxış zamanı təqdim edilmiş məlumatları diqqətlə dinləyən Mehriban Əliyeva ərazidəki konstruksiyaların 2009-cu ildə qəbul edilmiş İçərişəhərin "Master Planı"na və təsdiq edilmiş layihəyə uyğun olaraq birmərtəbəli olması şərti ilə quraşdırılmasına ciddi nəzarət edilməsini tapşırıb.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi layihənin verilən tapşırıqlar əsasında birmərtəbəlilik şərti gözlənilməklə aparılacağını təmin edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi