xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:46 – Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar 
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:09 – Prezidentlər təkbətək görüşdü - Fotolar 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 

İşğaldan azad edilmiş Qubadlının iqtisadi potensialı respublika iqtisadiyyatının inkişafında böyük töhfə olacaq

25-10-2022, 12:24 45 dəfə baxılıb

İşğaldan azad edilmiş Qubadlının iqtisadi potensialı respublika  iqtisadiyyatının inkişafında böyük töhfə olacaq





İşğaldan azad edilmiş rayonlarımız tarixi-mədəni dəyəri, füsünkar təbiəti ilə yanaşı, yeraltı və yerüstü sərvətlərə, zəngin iqtisadi potensiala, geniş turizm imkanlarına malikdir. Bu rayonlarımız aqrar üstünlüyü, xammal bazası və emaledici sənaye istehsalı baxımından əlverişlidir. Zəngin iqtisadi potensiala malik rayonlardan biri də Qubadlı rayonudur. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı rayonu Ermənistanla sərhəd olmaqla dağlıq əraziyə malikdir. Qeyd edilən iqtisadi rayon digər iqtisadi rayonlarla müqayisədə mineral resurslar, faydalı qazıntılarla birgə turizm potensialını da özündə cəmləşdirir.
Kəlbəcər və Zəngilan rayonu kimi, Qubadlı rayonu da bu zonada təbii yataqları ilə fərqlənir. Rayonda mişar daşı, gil, tikinti daşı, üzlük daşı, əlvan daşı və şirin yeraltı su ehtiyatları mövcuddur. Qubadlı rayonunun ərazisində ehtiyatları 6247 min kubmetr mişar daşı üçün yararlı, istismara cəlb olunmuş Hacılı tufu, ehtiyatları 990 min kubmetr olan tikintiyə yararlı Xanlıq kəndində yerləşən gil, ehtiyatları 1,1 min ton olan Eyvazlı bəzək-əlvan daşı xüsusi vurğulanmalıdır. Qeyd etmək lazımdır ki, rayon ərazisində yerləşən əqiq yatağı abidəsi nadir yataqlardan hesab olunur.
Şərqi Zəngəzur iqtisadi rayonunun tərkibində yer alan Qubadlı rayonu təbii ehtiyatlar cəhətdən Cəbrayıl və Zəngilanla bir çox ortaq xüsusiyyətlərə malikdir. Hər üç rayonda yerləşən mişar daşı yatağı ölkəmizin tikinti sektorunda tələbin qarşılanmasında birbaşa rol oynacaq. İqtisadi rayonun tərkibində hasil edilərək sonra istehsal potensialına malik bir sıra tikinti sektoruna yararlı resurslar ölkəmizə həm də idxal edilir. Belə ki, iqtisadiyyatımızın inkişafında drayver roluna malik tikinti sektoru inkişaf etdikcə, tikinti mallarının bir hissəsinin idxalını da artırır. Artıq Cəbrayıl, Zəngilan rayonlarından sonra Qubadlı rayonunun tikinti sektorunun tam tələbini yerli ehtiyatlar hesabına qarşılaya bilərik.
Məlumat üçün bildirək ki, Qubadlı rayonu vaxtilə neft və sənaye obyektlərinin olduğu rayon kimi tanınıb. Burada asfalt zavodu, quşçuluq inkubator fabriki, daş karxanası, neft-qaz avtomat təcrübə zavodu fəaliyyət göstərib. Yəni bu rayonda istehsal xarakterli çoxlu müəssisələr olub. Bu onu göstərir ki, Qubadlı həm də sənaye əhəmiyyətli bir təbii resurslara malikdir. Bu çox mühüm faktordur. Məsələn, kənd, rayonlardan söhbət düşəndə biz aqrar sahədən danışırıq. Qubadlı isə həm də sənaye əhəmiyyətli rayondur. Sovet dövründə asfalt zavodun fəaliyyətdə olması onu göstərir ki, bu rayonun sənaye potensialı yüksəkdir. Məsələn, daş karxanasının Qubadlıda olması, ona dəlalət edir ki, bu rayonda vaxtilə tikinti materiallarının istehsalı üçün də şərait olub.
Bundan əlavə, Qubadlının su ehtiyatları da çoxdur. Qubadlı rayonu Azərbaycanın nadir rayonlardan biridir ki, burada çaylar bol su ilə xarakterizə olunur. Bilirsiniz ki, hazırda bütün dünyada olduğu kimi Azərbaycanda da içməli su problemi yarana bilər. Qubadlıda isə bu sahədə heç bir problem yoxdur. Bu rayonda aqrar sahədə kənd təsərrüfatında həm heyvandarlığın, həm bitkiçiliyin inkişafı üçün çox böyük imkanlar mövcuddur.
Məlumat üçün bildirək ki, işğala qədər rayonda ildə 15 min tona qədər taхıl məhsulları, ildə 12 min tona yaхın yem, orta hesabla 2 min ton tütün, 1,2 min tonadək ət və 2 min ton süd məhsulları istehsal olunurdu. Dövlətə ildə orta hesabla 3 min ton üzüm satılırdı. İstehsal sahələrindən biri də baramaçılıq idi. İldə 60-70 ton barama istehsal edilib dövlətə təhvil verilirdi. 60-cı illərədək isə rayon çəltikçiliklə də məşğul olub.
Ümumilikdə, Qubadlı rayonunda kənd təsərrüfatı infrastrukturun bərpası, yeni əkin sahələri və bağların salınması, otlaq sahələrinin, eləcə də heyvandarlıq sahəsinin inkişafı üçün zəruri infrastrukturun bərpası nəticəsində, məhsuldar dövrün başlanğıcı hesab olunan 2025-ci ildə ölkədəki kənd təsərrüfatı istehsalına birbaşa əlavə töhfəsinin 65,1 milyon manat, başqa sözlə 0,7 faiz olacağı proqnozlaşdırılır. Təbii ki, bu proqnozlar sadəcə aqrar potensialı əhatə edir. Sonrakı dövrdə emal və dəyər zənciri üzrə aqro-sənaye potensialı da hesablanarsa, rayonun respublika üzrə ümumi daxili məhsulda və yeni iş yerlərinin yaradılması baxımından rolu daha böyük olacaq.



Sərdar Xəlilov,
Salyan rayon Kolanı kənd ümumi orta məktəbin direktoru






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi