xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:34 – İlham Əliyev: Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar 
  • 11:43 – Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi 
  • 13:12 – İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO 
  • 10:48 – İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edir - YENİLƏNDİ 

18 ildir axtarışda olan azərbaycanlı “qanuni oğru” saxlanıldı

10-06-2026, 12:02 4 dəfə baxılıb

18 ildir axtarışda olan azərbaycanlı “qanuni oğru” saxlanıldı


Rusiyanın Sankt-Peterburq şəhərində cinayətkar aləmdə Yusif, Yuska və Şamxorski kimi tanınan 54 yaşlı “qanuni oğru” Yusif Əliyev polis tərfindən saxlanılıb.

primecrime” xəbər verir ki, 18 ildir beynəlxalq axtarışda olan criminal avtoritet, 9 iyun səhəri RF DİN Cinayət Axtarışı Departamentinin əməkdaşları tərəfindən Sankt-Peterburda Makarova sahilindəki bir evdə saxlanılıb.

Nəşrin yazdığına görə, Əliyev Rusiya Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə, o cümlədən cinayətkar iyerarxiyada yüksək vəzifə tutmaq və iki cinayət hadisəsi törətməkdə ittiham olunur. Onun qurbanlarından biri polis əməkdaşı olub. Axtarışda olarkən Yuska Kamçi, Suxoç, Qiya Sverdlovski, Vadik Krasnodarski, Zuza və Seryoqa Asatryanla birlikdə tacqoyma mərasiminə çıxarılıb.

Nəşr qeyd edib ki, o, rəqib Oniani-Canqveladze klanının tərəfdarlarının Piroqov toplantısına Ded Xasanın cavabı olaraq Yaponçikin iştirakı ilə oğru statusu alıb.

Polis məmurunun suallarını cavablandıran Yusif Əliyev özü barəsində şəxsi məlumatları açıqlasa da, oğrular kastasına mənsubiyyəti ilə bağlı sualları cavablandırmaqdan imtina edib.

O uzun müddət Belarusda yaşadığını bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi