xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Öz yurdlarına dönəcək məcburi köçkünlər üçün yüksək səviyyədə və təhlükəsiz həyat şəraitinin yaradılması üçün tədbirlər görülür

25-10-2022, 12:22 63 dəfə baxılıb

Öz yurdlarına dönəcək məcburi köçkünlər üçün yüksək səviyyədə və təhlükəsiz həyat şəraitinin yaradılması üçün tədbirlər görülür




Qaçqınlıq, məcburi köçkünlük dünyada ciddi narahatlıq doğuran qlobal problemlərdir. BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarlığının məlumatına görə, hazırda dünyada bu kateqoriyadan olan insanların ümumi sayı 82 milyon nəfərdən çoxdur. Onlardan 34,4 milyonu sığınacaq tapmaq üçün ölkələrini tərk edənlər, 48 milyonu isə öz ölkələrində evsiz qalanlardır. Artıq ardıcıl olaraq doqquzuncu ildir ki, dünyada qaçqınların və məcburi köçkünlərin sayı artmağa davam edir. Ölkəmizdə isə məcburi köçkünlüyə səbəb olan vəziyyət 2020-ci ilin payızında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli silahlı qüvvələrimizin həyata keçirdiyi “Dəmir yumruq” əks-həmlə əməliyyatı nəticəsində aradan qaldırılıb. Yüz minlərlə həmvətənimizi doğma yurdundan didərgin salan təcavüzkar Ermənistan hərbi-siyasi məğlubiyyətə uğradılaraq otuz ilə yaxın işğal altında saxladığı torpaqlarımızdan qovulub.
Azərbaycan Vətən müharibəsini zəfərlə yekunlaşdırdıqdan dərhal sonra işğaldan azad etdiyi ərazilərdə nəhəng tikinti və quruculuq işlərinə başlayıb. 30 il ərzində əziyyət, mənəvi əzab içində yaşamış məcburi köçkünlərin maksimum qısa müddət ərzində öz doğma torpaqlarına qaytarılması üçün misilsiz layihələr gerçəkləşdirilir.
Erməni vandalları tərəfindən tamamilə darmadağın edilən ərazilərimiz sürətlə dəyişir, viran qoyulmuş yurdlarımız dirçəldilir. Bu ərazilərdə infrastruktur yenilənir, yollar çəkilir, beynəlxalq hava limanları tikilir (artıq bunlardan ikisi - Füzuli və Zəngilan beynəlxalq hava limanları istifadəyə verilib). Eyni zamanda vandal düşmənin dağıtdığı tarixi, mədəni, dini irsimiz bərpa olunur.
Qarabağ və Şərqi Zəngəzurda gerçəkləşdirilən bütün bu misilsiz işlər birbaşa Prezident İlham Əliyevin nəzarəti altında həyata keçirilir. Dövlət başçısı mütəmadi olaraq həmin bölgələrimizə səfərlər edərək görülən işlərlə yerindəcə tanış olur, tapşırıqlarını verir. Tezliklə öz yurdlarına dönəcək məcburi köçkünlər üçün yüksək səviyyədə və təhlükəsiz həyat şəraitinin yaradılması üçün tədbirlər görür.
Hazırda Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işlərinin bir istiqamətini yaşayış yerlərinin bərpası təşkil edir. Artıq bu sahədə bəzi layihələrin icrası başa çatıb. Buna misal kimi Zəngilan rayonunda Ağalı kəndinin bərpasını göstərmək olar. Ağalı kəndinə əhalinin köçürülməsi Böyük qayıdışın ilk qədəmləridir. Yenidən qurulan kənddə artıq yeni həyat başlayıb. Azad edilmiş digər rayonlarda da doğma yurdlarına qayıdacaq vətəndaşlar üçün yeni yaşayış məhəllələrinin salınmasına başlanılıb. Ötən ildən başlayaraq şəhərlərin baş planları təsdiq edilir, yaşayış binalarının təməli qoyulur. İndiyə kimi Prezident İlham Əliyevin iştirakı ilə Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, Şuşa şəhərində birinci məhəllənin, Cəbrayıl və Füzuli şəhərlərində ilk çoxmənzilli yaşayış məhəllələrinin təməli qoyulub.
Doğma torpaqlarından köçkün düşmüş soydaşlarımızın geri qayıtması üçün həyata keçirilən layihələr "ağıllı kənd", "ağıllı şəhər" konsepsiyalarına əsaslanır. Bu həm də ondan xəbər verir ki, Azərbaycan dövləti öz vətəndaşları üçün ən yüksək standartları tətbiq edir.

Elman Quliyev,
Salyan rayon Şorsulu kənd ümumi orta məktəbin direktoru






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi