xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Qəfil hədiyyə, dəvət və ya romantik görüş ola bilər — Günün qoroskopu

16-10-2019, 09:13 71 dəfə baxılıb

Qəfil hədiyyə, dəvət və ya romantik görüş ola bilər — Günün qoroskopu

Qoç - Səhər saatlarından etibarən əhvalınız pisləşməsin. Bədbinliyə qapılmayın. Ötən günlərdə yaşanan hadisələr indiki proseslərə bilavasitə təsir edir.

Günün ikinci yarısında hansısa işə həddən artıq vaxt və qüvvə sərf etsəniz, yaşam tonusu səviyyəsinin aşağı düşməsi qaçılmazdır. Pozitiv olun, kiçik problemləri böyütməyin. Yaxınlarınızla ünsiyyətdə səmimi olun. Aqressiv davranmayın.

Buğa - Fəaliyyətinizdə harmoniyaya nail olun. Təfərrüatlarına bələd olmadığınız, detallarını dəqiqləşdirmədiyiniz işə başlamayın. Belədə, yarıyolda zəiflədiyinizi, imkanlarınızın tükəndiyini hiss edə bilərsiniz.
Başladığınız işi bitirin.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə sərinləşməyə imkan verməyin. Emosional olmayın.
Yaxın ətrafınızdakı insanların dediklərinə aqressiv münasibət bəsləməyin.

Əkizlər - Adi, yeknəsəq günlərdən biridir. Hisslərə yox, məntiqə əsaslanaraq hərəkət edin. Belədə, fəaliyyətinizdə və dəyər verdiyiniz insanlarla münasibətlərdə xoşagəlməz sürprizlərlə qarşılaşmayacaqsınız.
Günün ikinci yarısında qəfil istəklər, çılğın ideyalar istisna deyil. Yeni layihəni və ya istəyi reallaşdırmaq fikrinə düşməzdən əvvəl motivləri ayırd etməyə can atın.
Axşam saatlarında ailə üzvləri və qohumlarla münasibətləri intensivləşdirin. Xoş emosiyalı anlar olacaq.

Xərçəng - Ətrafınızda baş verən hadisələrə təkan verən səbəbləri aydınlaşdırın. Şəxsi münasibətlər, istəklər və arzularla yanaşı, tərəfdaşlarla şəriklərin planları da önəmlidir. Çalışdığınız kollektivdə mübahisə etməsəniz, hər şey yaxşı olacaq.
Günün ikinci yarısında əhvalınızda ciddi dəyişikliklər olacaq. Ani çətinliklər sizdə durğunluq yaratmasın. Şübhələr planların gerçəkləşdirilməsinə mane ola bilər.
Axşam saatlarında normal istirahət edin.

Şir - Mühüm qərarlar üçün yaxşı gündür. Tələsməyin, yaxşıca düşünüb qərar verin. Yaşamınızın sahibi ola bilərsiniz. Peşəkar mövqelərinizi səbatlaşdırın.
İşlə bağlı yeni münasibətlərin başlanması, sərfəli əməkdaşlıq istisna deyil.
Günün ikinci yarısında sizi xoş sürpriz gözləyir. Qəfil hədiyyə, dəvət və ya romantik görüş ola bilər.
Səfər və ya səyahəti planlaşdıra bilərsiniz. Yaşam arealının dəyişdirilməsi faydalıdır, əhval-ruhiyyənizi yaxşılaşdıra bilər.
Yaşam potensialı səviyyəsi yüksəkdir.

Qız - Kiçik problemlərin çözülməsi, cari məsələlərin həlli üçün uğurlu gündür. Ciddi və ağır işlərə başlamayın. Səhv etmədən onları başa vurmaq asan deyil. Təmaslarda diqqətli, sərrast olun. Yeni tanışlıq, nüfuzlu insanın dəstəyi və ya yardımı istisna deyil.
İşdə rəhbərliklə problemləri müzakirə etmək, yeni layihəni nəzərdən keçirmək olar.
Günün ikinci yarısı bilik, informasiya bazasını genişləndirmək, yeni təcrübə əldə etmək üçün əlverişlidir. Alınmış məlumatların mübadiləsində xeyir var. Mühüm qərarlar qəbul etməyə tələsməyin.
Şəxsi münasibətlərdə diqqətli və həssas olun. İndi emosiyaların təsiri altında yanlış addım ata bilərsiniz.
Tərəzi - Şəraitin formalaşdırdığı məqamlardan yararlanın. Hər olaydan xeyir tapmaq olar. Yeni tərəfdaşlarla işgüzar əməkdaşlığa başlamağın zamanıdır.
İşinizdə faydalı ola biləcək praktik məlumat və bilgilər əldə edin.
Sənədləşdirmə, icazə və rüsxətlərin alınması, məmurlarla görüş, sizin üçün mühüm məsələlərin həllinin asılı olduğu adamlarla danışıqlar üçün yaxşı zamandır. Dostlar sizi xoş xəbərlərlə sevindirəcəklər.
Yaxınlarınızda sizin üçün maraqlı xəbərlər var.

Əqrəb - Maraqlı tanışlıqlar vəd edən gündür. Diqqətə layiq olan insanlar sizinlə maraqlanacaqlar. İstənilən görüş yaxşı keçəcək. İşgüzar fəaliyyət və maliyyə ilə bağlı məsələləri qeyri-formal şəraitdə müzakirə etmək olar. Kommersiya fəaliyyəti gəlir verəcək.
Köhnə dostları yada salın. Onlardan birində faydalı məlumat və ya maraqlı təklif ola bilər.
Günün ikinci yarısında alış-veriş etmək olar.
İdmanla məşğul olmağı unutmayın.
Aktiv və gümrah olmağa çalışın.

Oxatan - Səhər saatlarında alacağınız məlumat və gələcək informasiyanı dəqiqləşdirin. İlkin təəssüratlar hansısa olay və ya konkret şəxs barədə fikir yürütmək üçün yetərli deyil.
Təmkinli olun, soyuqqanlı davranın.
Günün ikinci yarısında cari problemlərin çözülməsi ilə məşğul olun. İllüziyalara qapılmayın, boş vədlərə aldanmayın. Mümkün uğursuzluq qorxusu əlinizi işdən soyutmamalıdır.
Yaxınlarınızı anlamağa meylli olun.

Oğlaq - Yaxın ətrafınızdakı insanlarla münasibətlərinizi gərginləşdirməyin. Səmimi, anlayışlı insan təsiri bağışlayın. Həmkarlar, tərəfdaşlar, müştərilər və iş yoldaşları ilə təmaslarda praqmat olun.
Rəqiblərin sizi üstələməsinə imkan verməyin.
Günün ikinci yarısında qəfil hücuma məruz qala bilərsiniz. Aqressiyanın qarşısını dərhal alın. Amma bunu düşünülmüş şəkildə edin. Sevdiyiniz insanla ünsiyyətdə köhnə umu-küsünü xatırlamayın, müzakirə etməyin.

Dolça - Çətin, qarışıq, xaosu xatırladan gündür. Əsla gözləmədiyiniz hadisələr baş verəcək. Hadisələrin məcrası nəzərdə tutmadığınız istiqamətə yönələ bilər. Nəzərdə tutduğunuz planları reallaşdırmaq üçün var qüvvənizlə çalışın.
Gününi ikinci yarısında əvvəlki səhvlərin fəsadlarını, yanlışlıqların nəticələrini aradan qaldırın. Texniki nasazlıq əlavə zəhmət tələb edir.
Həmkarlarla anlaşılmazlıqları çözün.
Dəyər verdiyiniz insanla münasibətlərdə qarşılıqlı etimad xüsusi əhəmiyyət kəsb edir.

Balıqlar - Tənbəl, astagəl, ətalətli olmayın. Diqqətiniz dağınıq olmasın. İlk baxışdan əhəmiyyətsiz təsir bağışlayan məsələlərin əslində ciddi əhəmiyyəti var.
Boş müzakirələr, mənasız söhbətlərdən uzaq olun.
Günün ikinci yarısında ən mühüm problemlərin həllinə başlayın. İkinci dərəcəli məsələləri müvəqqəti olaraq təxirə salın.
Danışmaqla bahəm, qulaq asmağı da bacarsanız, yaxşıdır






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi