xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

AZAL-da anormal vəziyyət: Öhdəlikləri aktivlərini keçib

18-05-2022, 11:51 33 dəfə baxılıb

AZAL-da anormal vəziyyət: Öhdəlikləri aktivlərini keçib


"Azərbaycan Hava Yolları" QSC 2020-ci ilin yekunları üzrə maliyyə nəticələri açıqlayıb.

Şirkətin sözügedən dövrə cəmi aktivləri 1,978 mlrd manat təşkil edib. Bu isə 2019-cu ilin yekunu ilə müqayisədə 5,1% azdır.

AZAL-ın cəmi öhdəlikləri isə illik müqayisədə 1,5% azalaraq 2020-ci ilin sonunda 2,758 mlrd manat təşkil edib.

Səhmdar kapitalı 823,975 mln manat, əlavə ödənilmiş kapitalı 160,181 mln manat olan qurumun yığılmış zərəri 4,5% artaraq 1,764 mlrd manata çatıb. Nəticədə, AZAL-ın öhdəlikləri aktivlərini üstələyib və kapitalı -779,760 mln manat olub.

2020-ci ildə "Azərbaycan Hava Yolları" QSC-nin daşımalar üzrə və digər gəlirləri 335,236 mln manat, COVID-19 ilə bağlı hökumətdən aldığı subsidiyaları 232,082 mln manat təşkil edib. Əməliyyat xərci 540,149 mln manat olan qurumun əməliyyat mənfəəti 27,169 mln manat olub. Maliyyə xərcləri 83,966 mln manat, xarici valyuta mübadiləsindən yaranan zərəri 9,399 mln manat olan qurum 10,219 mln manat mənfəət vergisi ödəyib.

Nəticədə, AZAL 2020-ci ili 76,415 mln manat zərərlə başa vurub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi