xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:03 – Niderland vətəndaşlarının İrandan təxliyyəsinə görə Prezidentə təşəkkür etdi - Fotolar 
  • 12:34 – İlham Əliyev: Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar 
  • 12:16 – AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - Fotolar - Yenilənir 
  • 11:43 – Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi 

Daha iki qazi nazirlik sistemində işə qəbul olundu

17-03-2022, 16:00 191 dəfə baxılıb

Daha iki qazi nazirlik sistemində işə qəbul olundu


Bu günlərdə 44 günlük Vətən müharibəsinin daha iki qazisi - Şixizadə Natiq Əbülfət oğlu və Bağırov Ceyhun Taleh oğlu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki DOST İş Mərkəzinə işə qəbul olunublar.

N.Şixizadə Mərkəzin İnsan resursları departamentində baş mütəxəssis, C.Bağırov isə mütəxəssis vəzifələrində işə başlayıblar.

Qeyd edək ki, hər iki qazi ölkəmizin ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda şərəfli döyüş yolu keçib. Prezident İlham Əliyevin Sərəncamları ilə N.Şixizadə “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, C.Bağırov isə “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunublar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində işə qəbul prosesində şəhid ailələrinin üzvlərinə, müharibə veteranlarına üstünlük verilir. Ümumilikdə hazırda DOST İş Mərkəzinin Aparatında 7 nəfər Vətən müharibəsi qazisi, 1 nəfər şəhid ailəsi üzvü çalışır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi