xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

DYP-dən xəbərdarlıq: “4000 manata qədər cərimə oluna bilərlər” - VİDEO

11-01-2022, 12:28 44 dəfə baxılıb

DYP-dən xəbərdarlıq: “4000 manata qədər cərimə oluna bilərlər” - VİDEO


Paytaxtın bir sıra yollarında, həmçinin parkinq üçün ayrılan ərazilərdə yerlər bir çox hallarda qeyri-qanuni şəkildə zəbt edilir. Bu isə onsuz da gərgin olan şəhər nəqliyyatında hərəkət iştirakçılarının və sürücülərin haqlı narazılığına səbəb olur.

Küçələrdə piyada və sürücülərin hərəkətini məhdudlaşdırmağa yönələn addımlar - şlaqbaumların qurulması, süni maneələrin yaradılması və ya sədlərin qurulması yolverilməzdir.

Bəzən sahibkarlar tərəfindən avtomobil yolunun bir hissəsi yerə dubalar bərkidilərək zəbt edilir.
Bəs belə bir addımlara yol verən şəxsləri qanunvericiliyin tələblərinə uyğun olaraq hansı məsuliyyət gözləyir?

Bu barədə Oxu.Az-ın suallarını Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi polis mayoru Araz Əsgərli cavablandırıb.

O bildirib ki, yolların hərəkət hissəsində sədlərin quraşdırılması qadağandır:

“Belə ki, avtomobil yollarının hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulması və ya nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsi, eləcə də avtomobillərin və piyadaların hərəkətinə süni maneələrin yaradılması inzibati məsuliyyət yaradır. Belə olan halda fiziki şəxslər 80 manatdan 100 manata qədər, vəzifəli şəxslər 400 manatdan 500 manata qədər, hüquqi şəxslər isə 3000 manatdan 4000 manata qədər cərimə oluna bilərlər.

Paytaxtın küçə və prospektlərində hərəkətin sıxlığını nəzərə almaqla, belə məsuliyyətsiz davranışlara şəxsi marağı üçün yol vermək olmaz. Kiminsə yolunu kəsmək, onların hərəkətinə maneə yaratmaq qanunla qadağandır və inzibati məsuliyyət yaradır. Yol kəsməklə kiminsə həyatını çətinləşdirmək əvəzinə yolların keçiriciliyini artırıb ictimai məsuliyyətliliyi təbliğ etmək cəmiyyət olaraq bizə üstünlük gətirər. Bir daha hər kəsdən məsuliyyətli olmağı tələb edirik”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi