xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Bu gün helikopter qəzasında həlak olanlarla vida mərasimi keçiriləcək - FOTO

1-12-2021, 11:24 60 dəfə baxılıb

Bu gün helikopter qəzasında həlak olanlarla vida mərasimi keçiriləcək - FOTO


Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda qəzaya uğraması nəticəsində həlak olanlarla bu gün vida mərasimi keçiriləcək.

"Report" xəbər verir ki, mərasim bir qədər sonra DSX-nin "Sərhədçi" İdman Kompleksində başlayacaq.

Həlak olan şəxslərin nəşi hazırda Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində müayinə olunur.
Sonra cənazələr vida mərasiminin keçirilməsi üçün "Sərhədçi" İdman Kompleksinə aparılacaq.

Daha sonra isə cənazələr dəfn olunmaq üçün ailələrinə təhvil veriləcək.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin, eləcə də məhkəmə-ballistik, məhkəmə-texniki-yanğın və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, Müdafiə Nazirliyindən cəlb olunan mütəxəssis tərəfindən "qara qutu"nun götürülməsi təmin edilməklə hazırda onun tədqiqi aparılır.

Bu gün helikopter qəzasında həlak olanlarla vida mərasimi keçiriləcək - FOTOBu gün helikopter qəzasında həlak olanlarla vida mərasimi keçiriləcək - FOTOBu gün helikopter qəzasında həlak olanlarla vida mərasimi keçiriləcək - FOTOBu gün helikopter qəzasında həlak olanlarla vida mərasimi keçiriləcək - FOTOBu gün helikopter qəzasında həlak olanlarla vida mərasimi keçiriləcək - FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi