xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Qubadlıda televiziya və radio yayımı təmin olunub

25-10-2021, 11:15 29 dəfə baxılıb

Qubadlıda televiziya və radio yayımı təmin olunub


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” ("Teleradio") İstehsalat Birliyi Qubadlı rayonunda televiziya və radio yayımını təmin edib.

Bu barədə Nazirlikdən məlumat verilib.

Məlumata görə, Xanlıq Radio-Televiziya Yayım Stansiyasının mövcud 50 metrlik qülləsindən istifadə olunmaqla 8 TV və 2 radio proqramının Qubadlı şəhəri və rayonun 12 kəndində (Əlibəyli, Qoturbulaq, Xocahan, Qapanlı, Muğanlı, Hal, Xanlıq, Hənzəli, Əfəndilər, Qəzyan, Saray, Yuxarı Mollu) yayımı təmin olunub.

Xatırladaq ki, indiyədək işğaldan azad olunmuş ərazilərdə radio-televiziya yayım stansiyalarının fəaliyyətinin bərpası istiqamətində bir sıra işlər həyata keçirilib.

Belə ki, Şuşa Radio-Televiziya Yayım Stansiyasında müvafiq avadanlıqlar quraşdırılmaqla 31 dekabr 2020-ci il tarixindən etibarən Şuşa, Xankəndi şəhərləri və Xocalı, Ağdam, Bərdə rayonları, eləcə də ətraf yaşayış məntəqələri TV və radio yayımı ilə təmin olunub. Bununla yanaşı, 4 oktyabr 2021-ci il tarixində Kəlbəcər şəhərində 17 metrlik yeni metal qüllə və müvafiq yayım avadanlıqları qurularaq istismara verilib. Bununla da Kəlbəcər şəhəri və rayonun ətraf 15 kəndində 8 TV və 1 radio proqramının yayımı bərpa edilib.

Bundan əlavə, cari ilin 20 oktyabrında Zəngilan rayonunda Mincivan Radio-Televiziya Yayım Stansiyasının mövcud 30 metrlik qülləsindən istifadə olunmaqla 8 TV və 2 radio proqramının Zəngilan şəhəri və Zəngilan rayonunun 10-dan artıq kəndində yayımına başlanılıb.

Hazırda işğaldan azad olunmuş digər ərazilərdə radio və televiziya yayımlarının bərpası istiqamətində işlər davam etdirilir, o cümlədən Xocavənd rayonunun Hadrut qəsəbəsinin Şahyeri stansiyasında bərpa işlərinin bu ilin sonuna qədər tamamlanması nəzərdə tutulur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi