xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Tarixi qərar və şanlı Qələb

29-09-2021, 11:24 207 dəfə baxılıb

Tarixi qərar və şanlı Qələb



Hər bir xalqın tarixində daim fəxarət və milli qürur hissi ilə xatırlanan, milyonlarla insanın taleyini dəyişərək yeni parlaq səhifələrə yol açan şərəfli təqvim günləri olur. Sentyabrın 27-si bu mənada xalqımızın 30 illik yurd nisgilinə, torpaq həsrətinə son qoyan, onun milli özgüvənini qaytaran əlahiddə tarixi gündür. Bir il əvvəl qətiyyətli Liderin siyasi iradəsi, “İrəli!” əmri ilə ayağa qalxan Azərbaycan xalqı son əsrlərdəki tarixinin ən parlaq salnaməsini yazmışdı: rəşadətli Ordumuz cəmi 44 gün ərzində “işğal damğası”nı döyüş meydanında üzərindən atmağı bacardı, milli natamamlıq kompleksindən xilas oldu.

Prezident, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramın təcəssümü olaraq Vətən müharibəsinin başlandığı gün – yəni sentyabrın 27-si respublikamızda məhz Anım Günü elan olunub. Bu tarixin əbədiləşdirilməsi zərurəti ona əsaslanır ki, torpaqlarımızı qanı, canı bahasına işğaldan azad edərək tarixi ədalətin bərpasını təmin edən, xalqımızın başını ucaldan qəhrəman hərbçilərimizin qanı yerdə qalmayıb, şəhidlərimizin qisası məhz döyüş meydanında alınıb.

Sentyabrın 27-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar xalqa müraciətində demişdir: “Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qa-zanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və düşməni torpaqlarımızdan qovduq”. Bu Zəfərin başlanğıcı Cənab Prezidentin qətiyyətindədir, xalqa sevgisindədir, dövlətçiliyə sədaqətindədir, xalqın orduya dəstəyindədir. Bu Zəfərin başlanğıcı tarix olaraq 27 sentyabrdır. Bu tarixi Zəfərlə Ermənistanın işğalçılığına son qoyuldu. Azərbaycan Ordusu Ermənistanın ordusunu darma-dağın etdi.

İkinci Qarabağ müharibəsi Azərbaycanın qəhrəmanlıq tarixidir. 44 günümüzün hər anı bir mətinlik, igidlik, şücaət nümunəsidir. Əlbəttə qələbədən ən çox qürurlanan, sevinən dövlət rəhbəridir. Çünki onun yuxusuz gecələri, torpaqlarımızın azadlığı uğrunda cəhdləri, təşəbbüsləri hədər getmədi, öz parlaq nəticəsini verdi. İndi Möhtərəm cənab Prezident daha böyük qələbələr üçün imkanlarını ölçüb - biçir, dağıdılmış, viran edilmiş şəhər və kəndlərimizin, mədəni, tarixi, dini abidələrimizin bərpa edilməsi barədə düşünür. O deyir: “Biz ərazi bütövlüyümüzü bərpa etmişik. Biz qələbə qazanmışıq. Bizim bu gün gündəlikdə duran hər hansı başqa məsələmiz yoxdur. Biz öz sərhədlərimizə çıxmışıq, Ermənistan - Azərbaycan sərhədlərini nəzarətə almışıq. Biz artıq quruculuq işlərinə başlamışıq...” Qalib olmağımıza baxmayaraq Azərbaycan Prezidenti yenə də sülhə, danışıqlara böyük önəm verir, sədaqət nümayiş etdirir, Ermənistanı təcavüzkarlıq əməllərinə bir dəfəlik son qoymağa, fitnələrə, ayrı - ayrı dövlətlərin çirkin niyyətlərinə uymamağa, revanş götürmək barədə sərsəm fikirlərdən, qıcıqlandırıcı bəyanatlardan, boş hay - küydən, şantajdan əl çəkməyə, reallıqları görməyə və qiymətləndirməyə dəvət edir. O, beynəlxalq təşkilatları, Ermənistana havadarlıq edənləri, münaqişəni yenidən qızışdırmağa çalışanları ciddi tənqid etməklə bərabər, onlara öz yerini göstərir, qətiyyətli mövqeyini bildirir və öz əməlləri, həyata keçirdiyi tədbirlərlə qurub

yaratmaq eşqində olduğunu, vətəninə, torpağına, xalqına ürəkdən bağlı olduğunu, ədalətə, haqqa, sülhə, əməkdaşlığa böyük dəyər verdiyini və bunu əməlləri ilə sübut etdiyini bütün dünyaya çatdırır.

Qarabağda 30 illik hicrandan sonra 44 gün ərzində əzəli torpaqlarımız öz anasının qoynuna - Vətəninə qovuşdu. Minlərlə qaçqın, köçkünün yurd həsrəti sona çatdı. Ərazi bütövlüyümüz bərpa edildi. Haqq-ədalət öz yerini tapdı. Bizim işimiz də ədalət, haqq işi idi. Möhtərəm Prezidentimiz İlham Əliyevin də dediyi kimi: “Biz bu Qələbəni həm peşəkarlıq, qəhrəmanlıq hesabına, eyni zamanda, milli ruh hesabına qazanmışıq. Biz haqlı idik, haqq-ədalət bizim tərəfimizdə idi. Bizim əsgər və zabitlərimiz hücuma keçəndə bir amalla yaşayırdı ki, öz doğma torpaqlarını işğalçılardan azad etsinlər.”

Qələbəyə gedən yolun ilk günlərini yaşadığımız və onun hər anını unudulmaz bir xatirə kimi qəlbimizdə əzizlədiyimiz bu günlərdə Prezidentimizlə, ordumuzla, xalqımızla, bizə dəstək verən dost ölkələrlə öyünməyə, fəxr etməyə haqqımız vardır. Əminik ki, bundan sonra daha böyük qələbələrə imza atılacaq, Azərbaycan xalqı dövlətimizin rəhbərliyi altında özünün ən xoşbəxt günlərini yaşayacaqdır.

Bəhlul Qurbanov,

Salyan rayon Kürsəngi kənd tam orta məktəbin hərbi rəhbəri,

Vətən müharibəsi iştirakçısı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi